Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva ön cebhede müellimlerle görüşüb… – Fotolar

14 Temmuz 2016

11:36 am


14/07/2016 [15:35]: xeber –
Millət vəkili Qənirə Paşayeva ön cəbhədə yerləşən Vahidli kəndində müəllimlərlə görüşüb və hökumətdən yeni kənd məktəbinin tikintisini xahiş edəcəyini deyib. Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən Vahidli kəndində müəllimlərlə görüşüb, qayğı və problemlərlə maraqlanıb. Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. Müəllimlərlə görüşdə millət vəkili Qənirə Paşayeva başa çatmış dərs ilinin nəticələri ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək göstəricilərin getdikcə daha da yaxşı olacağına inandığını deyib. Məktəbin vəziyyəti ilə də maraqlanan millət vəkili Qənirə Paşayeva Vahidli kəndinin müasir standartlara uyğun yeni məktəb binasına ehtiyacı olduğunu bildirərək bununla bağlı Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət etdiyini və bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini də vurğulayıb. Müəllimlərə kitablar həduyyə edən millət vəkili kənddə eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onlara öz kitablarını imza ilə hədiyyə də edib. Qənirə Paşayeva kəndə səfər zamanı bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən sualları cavablandırıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler