Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva Macarıstanda Türk xalqlarına birlik çağırışı edib

16 Ağustos 2016

8:56 am


16/08/2016 [12:51]: xeber –
Macarıstanda keçirilən Turan Qurultayının bağlanış mərasimində çıxış edən millət vəkili Q. Paşayeva onminlərlə macar insanına, Türk dövlətləri və Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ictimai-siyasi xadimlər, alimlər, ziyalılar, QHT və KİV rəhbərləri, mədəniyyət xadimlərini Azərbaycandakı qardaş-bacılarınız adından salamlayıram deyib. Macar xalqının Türk xalqları ilə yaxınlığı barədə çıxış edən millət vəkili Q.Paşayeva Azərbaycanın və Türk dünyanın böyük şəxsyyətlərindən biri Əli Bəy Hüseynzadənin hələ 19-cu əsrin sonunda yazdığı “Turan” şeiri barədə danışıb və Azərbaycan xalqının macar xalqı ilə, Macarıstanla əməkdaşlığa hər zaman böyük önəm verdiyin vurğulayıb. Millət vəkili Qənirə Paşayeva çağırış səsləndirərək birlik və bərabərliyimizi gücləndirməmiz çox önəmlidir deyib və vurğulayıb ki daha da güclənməmizin yolu sadəcə bundan gedir və bu günkü dünyada hamımızın bu birliyə və gücə ehtiyacımız var. Birlikdə bizə qarşı ədalətsizliklərə qarşı da daha güclü mübarizə apara bilərik deyən millət vəkili Q. Paşayeva Turan Qurultayının da gənclərimizin məhz bu ruh və düşüncəyə sahib olması üçün keçirildiyini deyərək Macar və Türk dünyası aydınlarını Azərbaycana gəlməyə, görməyə və toplumlarına daha geniş anlatmağa dəvət edib. Çıxışının sonunda Turan Qurultayının təşkilatçısı Macar Turan Vəqfinin rəhbəri Andraş Biroya bu cür önəmli tədbiri təşkil etdiyi üçün Azərbaycan nümayəndə heyəti adından təşəkkür edən millət vəkili Q. Paşayeva çıxışını Azərbaycan və macar dilində “irəli Azərbaycan, Macarıstan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan,  KKTC  və bütün Türk toplumları, irəli Turan. Birliyimizi, bərabərliyimizi daha da gücləndirmək üçün hamınıza uğurlar diləyirəm! –deyərək bitirib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler