Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva Macarıstan resmileri ile Qarabağdan danışıb

21 Ağustos 2016

11:32 am


21/08/2016 [15:28]: xeber –
Millət vəkili Q.Paşayeva Macarıstan rəsmiləri ilə Qarabağdan danışıb.Macarıstandda Turan Qurultayında iştirak edən millət vəkili Qənirə Paşayeva Macarıstan Parlamentinin vitse-spikeri  Sandor Lezsak və Macarıstan Xarici İşlər nazirliyinin rəsmiləri ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə geniş məlumat verib. Hər zaman Qarabağ məsələsində, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən xanım Paşayeva Qarabağ problemində dost Macarıstanın Azərbaycana dəstəyinin daha da artıracağına inandığını bildirib. Azərbaycanın dost ölkə olduğunu və Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük əhəmiyyət verdiklərini diqqətə çatdıran Macarıstan Parlamentinin vitse-spikeri  Sandor Lezsakın və Macarıstan Xarici İşlər nazirliyinin rəsmiləri iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyini bildiriblər. Millət vəkili Q.Paşayeva həmçinin Turan Qurultayının təşkilatçısı Macar Turan Vəqfinin rəhbəri Androş Biro ilə də görüşüb. Tədbirin böyük əhəmiyyətini vurğulayan millət vəkili Q.Paşayeva Macar Turan Vəqfi ilə Azərbaycan təşkilatları arasında əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu deyib. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler