Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva Filippinin sabiq xarici işler naziri ile görüşdü

23 Temmuz 2016

5:24 pm


23/07/2016 [21:20]: xeber –
Azərbaycanın Filippinlə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili Q. Paşayeva görüşdə qeyri-hökumət qurumları, qadın təşkilatları arasında da əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub. Millət vəkili sabiq xarici işlər naziri Delia Domingo-Albertə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Filippinin sabiq xarici işlər naziri Delia Domingo-Albert ölkəsinin Azərbaycanla əməkdaşlığın, dostluğun və əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib. Görüş zamanı Azərbaycan, Qarabağ həqiqətlərinin Filippində daha geniş yayılması istiqamətində də fikir mübadiləsi aparılıb Millət vəkili Qənirə Paşayeva Filippinin sabiq xarici işlər naziri Delia Domingo-Albertə Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar da hədiyyə edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler