Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva Çinin Qadın teşkilatları rehberleri ile görüşdü

Genel 17 Haziran 2016

1:28 pm


17/06/2016 [17:26]: xeber –
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Çinin bir sıra nüfuzlu Qadın təşkilatları rəhbərləri ilə görüşdə Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin tarixi, keçdiyi yol, əldə etdiyi uğurlar, iqtisadi və turizm potensialı barədə danşıb. Millət vəkili bildirib ki, Azərbaycanla Çin arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illik yubileyi qeyd ediləcək və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə qadın təşkilatlarının da üzərinə böyük bir misiya düşür və onları ölkəmizə dəvət edib. Millət vəkil Qənirə Paşayeva qadın təşkilatları ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə də bağlı geniş məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir. Q. Paşayeva deyib ki, Çində bir neçə dəfə səfərdə olub, görüşlər keçirib, Azərbaycan barədə daha çox məlumat vermək və əməkdaşlığımızın genişlənməsinə xidmət edən geniş müzakirələr aparmaqla yanaşı bu maraqlı ölkəni daha geniş tanımaq imkanı da olub və Çinlə bağlı maraqlı yazılarla çıxış edib. Çinin bir sıra tanınmış Qadın təşkilatları rəhbərləri Azərbaycana dəvəti böyük məmnuniyyətlə qəbul edərək ölkənizi yaxından tanımaqdan məmnun olacağıq deyiblər və Azərbaycan qadın təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişlənməsindən məmnuniyyət duyacaqlarını deyiblər. Millət vəkili Q.Paşayeva görüşlə yanaşı Çinin bəzi mətbuat nümayəndələrinə müsahibələr də verib və onları maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda Qənirə Paşayeva Çinin qadın təşkilatları təhbərlərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu və müxtəlif materialları hədiyyə edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler