Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva Cenubi Koreyalı resmilerle Qarabağdan danışıb- FOTO

08 Temmuz 2016

7:36 am


08/07/2016 [11:36]: xeber –
Millət vəkili Q.Paşayeva Cənubi Koreya heyəti ilə Qarabağdan danışıb. Cənubi Koreyanın sabiq Gender Bərabərliyi naziri Do Yoon Byunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Cənubi Koreya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.  Azərbaycan parlamentinin Cənubi Koreya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib. Müzakirələr zamanı millət vəkili Q. Paşayeva Cənubi Koreyanın sabiq Gender Bərabərliyi naziri Do Yoon Byunun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.   Millət vəkili Qənirə Paşayeva Daglıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Cənubi Koreyanın sabiq Gender Bərabərliyi naziri Do Yoon Byunun rəhbərlik etdiyi nümayəndə heyətinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Cənubi Koreyanın sabiq Gender Bərabərliyi naziri Do Yoon Byunun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.  Cənubi Koreyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən   Cənubi Koreyanın sabiq Gender Bərabərliyi naziri Do Yoon Byun iki ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandığını vurğulayıb. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Qənirə Paşayeva Cənubi Koreyanın sabiq Gender Bərabərliyi naziri Do Yoon Byunun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da  geniş məlumatlar verib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler