Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva Böyük Britaniya ve Belçika millet vekilleri ile görüşüb

26 Temmuz 2016

7:48 am


26/07/2016 [11:44]: xeber –
Millət vəkili Qənirə Paşayeva Böyük Britaniya Parlamentinin üzvü Lord Northbookla görüşüb və Qarabağ münaqişəsindən danışıb. Lord Northbookla görüşdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Azərbaycan ilə Böyük Britaniya arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın daha da inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə daha da inkişaf etdiyini deyib. Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyən millət vəkili Qənirə Paşayeva iki dövlət arasında güclü siyasi, iqtisadi-ticarət əlaqələrinin olduğunu bildirib. Millət vəkili Qənirə Paşayeva eyni zamanda Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verib.  Böyük Britaniya Parlamentinin üzvü Lord Northbook Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını deyib. İki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyən Lord Northbook yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətində olduğunu da deyib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi də aparılıb. Millət vəkili Q. Paşayevanın Belçikada Flaman Bölgənin Türk kökənli millət vəkili Güler Turanla görüşdə də Xocalı Soyqırımından danışıb. Görüş zamanı millət vəkili Q.Paşayeva Güler Turana Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın etnik təmizləmə siyasəti apararaq 200 mindən çox azərbaycanlını Ermənistandan öz tarixi ata-baba yurdlarından, torpaqlarından zorla çıxarması, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, qəbiristanlıqları dağıtmaları, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımılar, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki öz evinə, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Belçikada harada doğulmasından asılı olmayaraq təxminən 170 mindən çox Türk kökənli insanların yaşadığını vurğulayan Qənirə Paşayeva bunun çox böyük bir güc olduğunu və səsimizin Belçika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib. Millət vəkili onlara Avropa parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, münasibəti ilə bağlı da onlara ətraflı məlumatlar verib və geniş müzakirələr aparılıb. Belçikada Flaman Bölgənin Türk kökənli millət vəkili Güler Turan öz növbəsində bu istiqamətdə Azərbaycana əlindən gələn dəstəyi göstərməkdə davam edəcəyini vurğulayıb. Görüş zamanı müxtəlif coğrafiyalardan Belçikaya gələrək bu ölkədə yaşayan Türklər, onlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə bağlı da fikir mübadiləsi aparılıb. Millət vəkili Q. Paşayeva Güler Turana həmçinin Azərbaycanın inkişafı, xarici siyasəti, Avropaya inteqrasiya istiqamətində görülən işlər barədə də məlumatlar verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili Q. Paşayeva Güler Turana Azərbaycana dəvət edib. İndiyə qədər qardaş Azərbaycanda olmadığını deyən Güler Turana Azərbaycana gəlməkdən və yaxından tanışlıqdan məmnun olacağını deyib. Millət vəkili Q.Paşayeva Belçika Parlamentinin üzvü Güler Turana görüşün sonunda Qarabağ həqiqətləri ilə bağlı kitablar, materiallar və filmləri hədiyyə edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler