Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva Aliment Fondunun yaradılmasını teklif edir

26 Eylül 2016

9:40 am


26/09/2016 [13:37]: xeber –
sayt millət vəkili, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva ilə müsahibəni təqdim edir:- Qənirə xanım, sizcə, Azərbaycanda qadınların zorakılığa məruz qalmasının, qətlinin və intihara meyllənməsinin səbəbləri nədir və bu səbəbləri necə aradan qaldırmaq olar?- Ən vacib səbəb cəmiyyətdə qadına olan münasibətdir. Biz qadın münasibətimizi qiymətləndirməyə elə ana bətnindən başlamalıyıq. Çox təəssüf ki, hamiləlik dövründə cinsi seleksiya halları artmaqdadır. Biz bununla bağlı SOS siqnalı çalmalıyıq. Çünki problemin böyüməsi gələcəkdə genefondumuzun zədələnməsinə gətirib çıxaracaq. Bir çox ailələr var ki, az övlad dünyaya gətirmək istəyirlər. Bu az övlad içərisində də oğul övladlarının olmasını istəyirlər. “Oğul nəslin davamçısıdır” anlayışı var bizim cəmiyyətdə və sair. Qız övladın ana bətnində abortlarla məhv edilməsi prosesi artıb. Biz bu məsələni Milli Məclisdə də qaldırdıq və bəzi qanunlara əlavə və düzəlişlər də gündəmə gəldi. Həkimlərə ciddi şəkildə çağırış oldu ki, bu məsələyə artıq fərqli yanaşma ortaya qoymaq lazımdır. Artıq məsələyə bu şəkildə yanaşmalıyıq ki, buna yol verənlər ciddi şəkildə cəzalandırılmalıdır. Uşaqların ana bətnində cinsiyyətinin məlum olduğu zamandan sonra məhv  edilməsi beynəlxalq təcrübədə də yolverilən hal deyil. Bir çox ölkələrdə də hamiləliyin cinsiyyətin bəlli olduğu ayı var, o vaxtdan sonra aborta yol verilmir. Ancaq çox təəssüf ki, bizdə bu proses gedirdi və ana sağlamlığını da məhv edirdi. Bu qadınlara qarşı zorakılığın başlanğıc nöqtəsidir. Qanunvericiliyimizdə müəyyən dəyişikliklərin edilməsi gündəmdədir. Ancaq əsas məsələ odur ki, cəmiyyətlə iş aparılmalıdır. Əsas məqsəd övladın qız və ya oğlan olması deyil, məqsəd yaxşı övlad yetişdirmək olmalıdır. Bu selektiv abortlar demoqrafik göstəricilərə də yansıyıb. Son illərin statistikasına baxsaq, oğlanların sayı artır, qızların sayı azalır. Bu statistika elə bu istiqamətdə də davam etsə, problemin gələcəyini düşünmək mümkündürmü? Biz bəzi ölkələrin bu sahədəki təcrübəsindən dərs çıxartmalıyıq və buna yol verməməliyik.- Xüsusən regionlarda yaşayan ailələrdə qızların başqa bir problemi də təhsillə bağlıdır. Təhsildən yayındırılan yeniyetmə qızların ərə verilməsi hallarının qarşısını necə almaq olar?- Qızların təhsilinə çox ciddi yanaşılmalıdır. Söhbət formal təhsildən, məktəbə gedib-gəlməkdən getmir. Bu məsələdə ən böyük əngəllərdən biri erkən nikah problemidir. Bu cəmiyyəti ən çox narahat edən problemdir. Artan tendensiya bizi çox narahat edir. Bu problem sonrakı mərhələdə insan alverinə, qadın alverinə , məişət zorakılığına qədər aparıb çıxarır. Zorakılığın qurbanları daha çox kimlər olur? Təhsilsiz, savadsız, işi olmayan qadınlar daha çox zorakılığın qurbanına çevrilir. Təhsilli, savadlı, hüquqlarını bilən, işləyən, maddi baxımdan öz ayaqları üzərində duran qadınlar arasında zorakılığa  məruz qalma halları daha azdır. Ona görə də, erkən nikahlar məsələsi bizi narahat edirdi və bundan sonra nikah üçün yaş həddi qaldırıldı. Ümid edirəm ki, bununla bağlı aidiyyəti qurumlar da ciddi çalışacaqlar. Nikah üçün yaş həddi 18 olduğundan bu, rəsmi nikahdan kənar evliliklərə yol açır və nikahdan kənar uşaqlar doğulur. Sonradan boşanma olarsa, qadının heç bir hüququ olmur. Ona görə də, qızlar normal şəkildə təhsil almalı və erkən nikahların qurbanına çevilməməlidirlər. Çalışmalıyıq ki, qızlarımız ali təhsil arxasınca getsinlər. Ali təhsil ala bilməyən gəncləri isə biz peşə təhsilinə yönəltməliyik. Bu məsələsə qızları xüsusilə vurğulayıram. Heç bir təhsili və peşəsi olmayan qadına biz kömək etmək istəsək də, edə bilmirik. O insanlara iş tapmaq mümkün deyil. Halbuki, dərzilik, zərgərlik,  toxuculuq və sair kimi peşəsi olsa ən azı maddi baxımdan özünü və övladlarını təmin edə bilər. – Qənirə xanım, nikahsız evliliklərdə boşanma zamanı problemlərin, qadının və uşaqların hüquqlarını  təmin etməyin hüquqi yollarını tapmaq mümkün deyilmi?- Bu cəmiyyətin yaralı yeridir. Mən sizin vasitənizlə bütün qızlara və  onların valideynlərinə səslənirəm, rəsmi nikah kəsilmədən qızlarınızın ər evinə köçməsinə icazə verməyin. Bəzən deyirlər ki, toy olsun , bir ay ərzində kəsdirərik. Ancaq bizim rastlaşdığımız hadisələr göstərir ki, o ailələr iki il, üç il nikahsız yaşayır. Uşaqlar nikahdankənar doğulur, qadının nikahı və yaşadığı yerdə qeydiyyatı yoxdur. Ailələr və qızlar özləri gərək buna yol verməsin. Ailə qurduqdan sonra qadın həyat yoldaşının evində qeydiyyata düşməlidir. Buna çox ciddi önəm vermək lazımdır. Problemlərin çoxu bundan yaranır. Qadın tanıyıram ki, 15 yaşlı övladı var, bu gün boşanırlar, ancaq hələ də atası evində qeydiyyatdadır. Halbuki yaşadığı evi həyat yoldaşı ilə bərabər zəhmət çəkib tikib. Bundan sonra çətin vəziyyətdə qalır. Bu cür qadınların sayı yüzlərlədir.- Nikah zamanı tərəflər arasında əmlak müqaviləsinin bağlanmasına münasibətiniz necədir?- Mən bunu dəstəkləyirəm. Düzdür, bunu qınayanlar da var. Biz nikaha girənlərin tibbi müayinədən keçməsini deyəndə də eyni reaksiyanı verirdilər ki, insan haqlarına ziddir və sair. Ancaq biz o insanlara sonradan evlənməyi qadağan etmirdik, sadəcə onları və övladlarını gözləyən xəstəliklərdən xəbərdar olmalarını təmin edirdik. Artıq bunun nəticələrini görürük ki, nə qədər insanda QİÇS, siflis xəstəlikləri, talassemiya daşıyıcılığı var. Bəzi cütlüklərin hər iki talassemiya daşıyıcıdır, biz  onları gələcəkdə xəstə övlad dünyaya gətirməmək üçün xəbərdar etmiş olduq. Çünki övladları potensial risk daşıyır. Mən nikaha girən tərəflərin əmlak müqaviləsi bağlanmasını da dəstəkləyirəm və bu fikrin tərəfdarıyam. Bunu məcburi şəkildə tətbiq etmək lazımdır. Çünki könüllü şəkildə bunu etmirlər. Bu gün əmlak müqaviləsini bağlamağı ayıb hesab edənlər, sabah məhkəmə qapılarında bir birinə nələr demirlər… Bunu zamanında sivil şəkildə həyata keçirmək ən doğrusudur. – Əmlakla yanaşı, boşanmalar zamanı qadınların alimentin alınması ilə bağlı çətinlikləri də problemlərdən biridir. Boşanan qadınların böyük əksəriyyəti bundan əziyyət çəkir. Bu problemin həlli yolu nədir, sizcə?-  Birinci problem odur ki, boşananların sayı artır və əsasən övlad anada qalır. Bəzən körpə uşaqla tək qalan anaya həyat yoldaşı kiçik məbləğdə alimenti belə vermir. Çıxılmaz vəziyyətdə olan qadınlar çoxdur. Alimentlərin ödənməsi ilə bağlı çox ciddi problemlər var. Məsələ sadəcə ödəmək imkanı olmamaqla bağlı deyil. Bəzilərinin imkanı da var, ancaq aliment  verməməklə qadını, əslində isə həm də uşağını cəzalandırır. Biz bu məsələnin həlli kimi, Aliment Fondunun yaradılmasını təklif edirik. Bir çox  ölkələrin bununla bağlı təcrübəsi var. Əgər kişi qadına aliment ödəməkdən imtina edirsə, bu qadına aliment məbləğini Aliment Fondu  verəcək. Dövlət isə həmin pulu ödəməli olan atadan inzibati qaydada alır. Əgər o ata işsiz olmasını əsas gətirirsə, fond məşğulluq idarələri vasitəsilə ona iş yeri təklif edir. Ata bundan da imtina edirsə, məsuliyyətə cəlb olunur. Dövlət qadınlarımızın və uşaqların düşdükləri çətinlikdən çıxması üçün belə bir mexanizmlə dövriyyəyə girir. Buna ölkəmizdə həddindən artıq ehtiyac var. Biz qanunlarda da dəyişiklik etdik, alimenti ödəməkdən uzun müddət imtina etməyin məsuliyyəti həbsə qədər gedib çıxa bilər. Ancaq bu  da məsələni tamamilə həll edə bilmir. Alimentlə bağlı keçmiş ərindən şikayət edən qadınlara qarşı da bölgələrdə güclü ictimai qınaq var. Ancaq bu qınaq qadınlara qarşı yönəlməməlidir. Bütün bunları nəzərə alaraq, Aliment Fonunun yaradılmasını və ya hansısa müvafiq qurumların içərisində belə bir qurumun yaradılmasını vacib hesab edirəm. Parlamentdə də bu problemi qaldırdım, bəzi həmkarlarım da dəstəklədilər.- Boşanmış qadınlarla bağlı ictimai rəy də birmənalı deyil. Ən çox da bu səbəbdən bəzi qadınlar üzləşdikləri zorakılığa rəğmən boşanmaq istəmirlər.- Biz cəmiyyət olaraq bu məsələlərə baxışımızı dəyişməliyik. İnsanlar boşananda bunu mədəni şəkildə etməyi bacarmırlar, halbuki ortada uşaqlar var. Əksər ailələrdə uşaq anada qalırsa, ata tərəfinə nifrət aşılanır. Atada qalırsa, mütləq anaya bir “əxlaqsız” damğası vurulur. Hər iki tərəf bir-birindən intiqam almaq üçün uşaqdan alət kimi istifadə edirlər. Bu mənəvi bir məsələdir və əziyyətini də uşaqlar çəkir. Biz ictimai qınağı da bu istiqamətdə yönəltməliyik. Bu məsələləri həll etmək üçün hamımız birləşməliyik, parlament, dövlət qurumları, KİV, ziyalılar – hər kəs bu problemlərin həlli üçün çalışmalıdır. Bu yaxınlarda qadın sığınacağında oldum. Uşaqlar var ki, ataları təhdid edir deyə məktəbə gedə bilmirlər, sığınacaqdan çıxa bilmirlər. Qadın  var ki, əri qumar oynayıb, külli miqdarda pul uduzub, sonra qadının adına bankdan pul götürüb, ödəmədikdə isə qadının həbsxanaya düşməsinə səbəb olub. Sonra isə övladlarına analarının əxlaqsız olduğu üçün həbsə düşdüyünü bildirib. Hər gün çox ağrılı həyat hekayələri eşidir, görürük. Cəmiyyət olaraq biz bunlara imkan verməməliyik.- Bu maarifləndirməni necə qurmaq olar ki, ictimai rəydə bəzi məsələlər yerinə otursun?- Televiziyalarda ailə bağlı proqramlar olmalıdır. Ancaq indiki bəzi proqramlar  ailələrə xeyir verməkdənsə, ziyan vurur. Bu proqramlar şou vasitəsinə çevrilməməlidir. Təkcə mənfi nümunələr yox, yaxşı ailə modelləri də efirə çıxarılmalıdır, gənclərə örnək olmalıdır.  Qadınlara qarşı zorakılığa “artıq yetər!” deməyin zamanı gəldi. Qadına qarşı zorakılıqla bağlı cəzalarımız da sərtləşdirilməlidir. İctimai qınaq da öz yerində. Bu artan aqressiyanın səbəbləri də araşdırılmalıdır. Artıq intihar xəbərləri də adiləşib. Bu intiharlar isə bizim, ətrafımızın, cəmiyyətimizin laqeydliyindən yaranır. Bu laqeydlikdən qurtulmalıyıq. Həmin insanın intihar edənə qədərki vəziyyətini yəqin ki, ailəsi də, ətrafı da görür. Lakin laqeyd yanaşdıqları üçün zamanında əl uzatmırlar. Bir insan çarəsizlik yaşayırsa, sonunda psixoloji böhran yaşayır. Ona görə də, özəlliklə qadınların çarəsizliyinin intihara qədər gedib çıxması məni çox narahat edir. Hər qadın intiharının sonunda da anasız övladlar qalır. Bir az daha həssas toplum olmalıyıq, başqalarının dərində yanmalıyıq, sadəcə özümüzü düşünməməliyik.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler