Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qenire Paşayeva Ənver Paşanın nevesi Arzu Ənverle görüşüb

04 Ekim 2016

6:08 pm


04/10/2016 [22:04]: xeber –
“İstanbulda Enver Paşanın nəvəsi Arzu Ənvərlə gözəl görüş və fikir mübadiləsi oldu. Enver Paşanın ən dəyərli şəxsi əşyalarından birini mənə hədiyyə edərək “onun nəvəsi olaraq sizdə olmasını istəyirəm” deyən gözəl xanım və dəyərli aydın Arzu Envere bir daha təşəkkür edirəm. “sayt xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.”Ənvər Paşa, Nuri Paşa və Xəlil Paşa ailəsinin layiqli davamçılarından olan Arzu Ənvərlə İstanbuda gözəl görüş və fikir mübadiləsi oldu. Dədələri kimi Azərbaycanı və Türk dünyasını çox sevən bir insan, aydındır Arzu xanım. Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası birliyinin vacibliyi ilə bağlı geniş fikir mübadiləsi apardıq. Azərbaycana dəvətimizi böyük məmuniyyətlə qəbul etdi. İnşallah yaxın zamanlarda birlikdə maraqlı tədbirlər təşkil edəcəyik və ölkəmizə gələcək. Azərbaycan üçün böyük fədakarlıqlar etmiş Nuri Paşa, Xəlil Paşa və Ənvər Paşa ailəsinin davamçıları üçün bura bizim qədər onların da Vətənidir. Və Arzu xanımda Azərbaycana belə bir məhəbbətin olduğunu görmək çətin deyildi. “Siz hər zaman istər jurnalist istər də millət vəkili kimi bizim ailəmizə böyük dəyər vermisiniz. Ona görə də istəyirəm ki, babam Ənvər Paşanın bizim üçün mənəvi anlamda çox dəyərli olan əşyalarından birini sizə hədiyyə edim” deyən Arzu xanıma təşəkkür edib, bildirdim ki, Ənvər Paşaya məxsus əşyalardan biri mənim üçün çox böyük və dəyərli hədiyyədir amma, düşünürəm ki, bu dəyərli hədiyyəni Azərbaycan muzeylərinin birinə hədiyyə etməyim doğru addım olardı. Duyğulandı və “Azərbaycan, oradakı insanlarımıza dədələrim Nuri Paşa, Xəlil Paşa və Ənvər Paşaya verdikləri dəyər və vəfakarlıqları bizi hər zaman çox duyğulandırır, bir daha oradakı insanlarımıza təşəkkür edirəm, salam və sevgilərimi göndərirəm, inşallah yaxın zamanlarda gözəl Azərbaycana yenidən gələcəm” dedi.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler