Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qehremanımız İbad Hüseynlinin Ərdoğanla 5-ci görüşü – Fotolar

06 Ekim 2016

11:36 am


06/10/2016 [15:34]: xeber –
Həyat çox keşməkeşlidi…Uşaqlıqdan Brüs Linin fanatı olaraq idmanla məşgul olub dünya çempionu olacam deyəndə, düşünmürdü ki, məşqlərlə deyil, həyat mübarizəsi, gerçək acılarla göstərəcək idmançı məharətini, 1990 ci illərdə hərbi xidmətdə olarkən Rusiyanın Amur vilayətində Rus generallarına etiraz edəndə də , düşünmurdü ki, qarşıda onu ölümlə üzləşdirən Qarabag müharibəsi gözləyir. Müharibədə mən Heydər Əliyevin əsgəriyəm deyərək döyüşəndə, və “Heydər Əliyev hakimiyyətə gəlməsə bu dövlət dagılacaq” deyəndə də düşünmürdü ki, zaman gələcək Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk olaraq məhz onun xidmət etdiyi hərbi hissəyə gedəcək və onu milli qəhrəman olaraq elan edəcək.Səngərləri düşmən tərəfə daha da yaxınlaşdırmaq üçün kəşfiyyatçıları ilə səngər qazıb onları yerləşdirəndən sonra geri qayıdanda, tank əleyhinə minaya düşərək ölümcül yaralanacagını, uzun müddət xəstəxanalarda qalacagını, qoltuq agaclarına gəzəcəyini, fiziki saglamlıgını itirəcəyini də düşünməmişdi… Amma şəkilini saglıgında ŞƏHİDLƏR lövhəsinə vuraraq bu torpaqdan bizi yalnız ölüm ayıra biləcəiyini DÜŞÜNMÜŞDÜ….Müharibədə əməliyyatlara gedəndə, savaşa başlayanda “Türk ölər dönməz” deyəndə də düşünməmişdi zaman gələcək, Türk dünyasının hər yerində ona sevgi-saygı göstəriləcək, adına küçələr, parklar veriləcək. Bəli o düşünmürdü, sadəcə vətən sevgisiylə çırpınan ürəyinin səsinə qulaq asaraq addımlar atırdı. Türkiyənin dövlət adamlarının diqqətindən yayınmayan Türk Dünyasının qəhrəman oglu İbad Hüseynli bir neçə dəfə Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoganla gorüşmüşdu. Hər görüşdə eşitdiyi xoş sözlər qəhrəmanımız üçün yadda qalan oldu.Ankarada Böyük Millət Məclisindəki gorüşündə “….əllərinə saglıq qəhrəman”, Çanaqqala görüşündə “… bu torpaqlarda addımlamaga ən çox haqqı çatan insanlardan biri də sənəsən qəhrəman” və Ankarada Gölbaşı qəhrəman İbad Hüseynli küçəsində yerləşən, Strateji Araşdırmalar Mərkəzinin açılışında qəhrəmanımıza “Türk Dünyasının qəhrəman oglu xoş gəlmisən” deyərək özəl olaraq xatirə şəkilləri çəkdirərkən diqqət və iltifatı ilə yadda qaldı .03.10 . 2016 cı il tarixində yenidən Ankarada Sheraton otelində Yenı Turkıye Stratejı Araşdırmalar Mərkəzinın keçırdiyi ve Turkıye Cumhurbaşqanın açılış etdıyı konfrans keçirildi .Dunyanın 84 ölkəsinin numayəndə heyətinin iştirakı ilə keçirilən konfransda fəxri qonaq olara iştirak edən İbad Hüseyinli yenidən Türkiyənin cumhurbaşqanı R. T. Ərdoganla görüşdü. Bu gorüşdə yadda qalan və tarixi gorüş oldu. İbad Hüseynli Turkıyədə baş vermış dərbəyə üzüldüyunu bıldırdı.Böyuk Turk dunyasının Lıderı R. T. Erdogan qehremanımıza öz təşəkkürünü bildirdi hətta, İbad Huseynlinın keçirdiyi Türkiyəyə dəstək mitinqındən xəbərdar olduğunu söyledi.Təbii ki, , bu iltifat qəhrəmanımız üçün xoş oldu. Az zaman çərçivəsində liderin qəhrəmanımıza olan diqqəti heç kəsin gözündən yayınmadı və tarixə səmimi sevgi dolu xatirə rəsmləri ilə həkk edildi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler