Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qedr gecesinin vaxtı deqiqleşdirildi – İDDİA / VİDEO

03 Temmuz 2016

7:36 am


03/07/2016 [11:34]: xeber –
Dəfələrlə İslam aləmini nüfuzlu alim və şəxsiyyətləri tərəfindən deyilib və yazılıb ki, Quranın Peyğəmbərimiz Muhəmməd əleyhissəlama nazil olduğu gecənin, yəni Qədr gecəsinin dəqiq tarixi yalnız Allaha məlumdur. Buna rəğmən min ildən çoxdur ki, bu istiqamətdə müxtəlif məzhəb nümayəndələrinin mübahisəsi davam edir. Amma alimlərin böyük əksəriyyəti Əhya gecəsinin Ramazan ayının son ongünlüyünə düşməsi qənaətindədir. Bəziləri bu müqəddəs gecənin ayın son on günlüyünün tək günlərinə, digərləri isə cüt günlərinə təsadüf etdiyini söyləyir.Misirin məşhur Əl-Əzxər Universitetinin alimi şeyx Sayed Zayed Qurani-Kərim və ən nüfuzlu Quran təfsirçilərindən hesab edilən İbn Abbasın deyimlərinə əsasən Qədr gecəsinin məhz Ramazan ayının 27-nə düşdüyünü isbatladığını iddia edir. sayt – ın İslam saytlarına istinadla verdiyi xəbərə görə, tanınmış ruhani öz arqumentlərini “Drim” telekanalının “Xeyirxah nəsihət” proqramında səsləndirib. Şeyxin sözlərinə görə, İbn Abbas hesab edirmiş ki, Quranın nazil olduğu Əhya gecəsinin vaxtının sirri elə “Qədr” surəsinin özündə şifrələnib. Həmin surə 30 sözdən ibarətdir ki, bu da Quranın cüzlərinin (hissələrinin) və Ramazan ayının günlərinin sayı ilə üst-üstə düşür. Qədr gecəsinə işarə edən “o” sözü isə surədə 27-cidir. Bu da Quranın məhz orucluğun 27-ci gecəsi nazil olduğunu təsdiqləyir.Başqa bir tutarlı (?) əsas kimi Misirli alim çoxdan məlum olan bir fərziyyəni də təkrar edib. Belə ki, “Qədr” surəsində “Qədr gecəsi”(“Leylətül əl-Kədr”) ifadəsi 3 dəfə təkrar olunur. Ərəbcə həmin söz birləşməsi 9 hərfdən ibarətdir. Bu iki rəqəmin hasili isə 27-dir…Ən doğrusunu Allah özü bilir…Sultan Laçın 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler