Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qedr gecesini bele gördü – Zaqatalada

01 Eylül 2016

3:00 pm


01/09/2016 [18:59]: xeber –
“Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb yaxaran və özünü tamamilə Allaha təslim etmiş bir zat idi”. “Quran”,“Hud” surəsi, 75. Allahın həlim xasiyyətli, həyatını elm öyrənməyə və öyrətməyə sərf edən və bu yolla övliyalıq məqamı qazanan qullarından biri də Şeyx Əhməd Əfəndidir. O, 1839-cu ildə Zaqatala rayonunun Tala kəndində doğulub. Atası Mustafa  əkinçiliklə məşğul olurdu. Erkən yaşlarında atasını itirdiyindən el arasında “Yetim Əhməd” deyə çağrılırmış.“Sən nə bilirsən ki, Qədir gecəsi nədir?!”Hələ uşaqlıqdan Əhmədin dinə böyük marağı vardı. Odur ki, yaşıdlarından fərqli olaraq Talada kənd ağsaqqallarının təşkil etdikləri dini mərasimlərin demək olar ki, hamısında iştirak edib, orada danışılan söhbətlərə, edilən zikrlərə maraqla qulaq asardı. Yetim Əhmədin uşaqlıqda iştirak etdiyi məclislərdən biri də Ramazan ayının son on gecəsində qeyd edilən Qədr gecəsinin ehtimal edildiyi Əhya gecələri idi. Onda balaca Əhməd ağsaqqalların bura nə üçün toplaşdığını və Qədr gecəsinin nə olduğunu bilmirdi. Heç kəs, hətta, mollalar da ona nəyisə öyrətməkdə maraqlı deyildilər. Çünkü, onlar dərsi imkanlı ailələrin uşaqlarına keçirdilər. Odur ki, axşamdan bir az keçmiş evin bir küncündə oturan yetim Əhmədi yuxu tutdu. Mollalar isə, Qədr gecəsini görmək arzusuyla ibadətlərini davam etdirdilər. Amma, necə deyərlər “Sən saydığını say, gör fələk nə sayır”. Gecənin bir vaxtı ağsaqqal, nurani bir şəxs balaca Əhmədi yuxudan oyadıb, ona həyətdə dəstəmaz aldırdı. Bu gecə Qədr gecəsi olduğunu bildirib, onun mahiyyətini uşağa başa saldı: namaz qılıb dua etməyin vacib olduğunu bildirdi. Müqəddəs Quranın qədr gecəsi surəsini izah etdi.Əhməd bütün bunları bildikdən sonra  namaz qılıb dualar etdi. Səhər açılanda ağsaqqallar yuxudan oyanıb bir-birlərindən Qədr gecəsini görüb görmədiklərini soruşdular. Heç biri müsbət cavab vermədikdə, balaca Əhməd gecə şahidi olduğu əhvalatı danışdı. Mollalar çox pərt oldular ki, neçə illər ibadət etdikləri halda  Allah dərgahında Yetim Əhmədin hörməti onlarınkindən üstündür.Bu əhvalatdan sonra Əhməd əfəndi elm öyrənməyə başladı. Əvvəlcə Mürsəl müəllimdən, sonra isə Suvagildə Hətəm əfəndidən dərs aldı. Daha sonra isə, İlisuda Səid əfəndinin yanında elmini bir qədər də dərinləşdirdi. 1862-ci ildə mənəvi cəhətdən daha da kamilləşmək və tasəvvüf elminin dərinliklərinə varmaq üçün dostu Həmzət Əfəndi ilə birlikdə Nəqşibəndiyyə şeyxi almalı Mahmud əfəndiyə mürid oldular. Altı ay mürşidinin xidmətində duran Əhməd Əfəndi seyr və sülukunu tamamlayaraq məzun oldu. Şeyx Mahmud əfəndi Talada irşad fəaliyyəti göstərmək üçün Əhməd əfəndiyə xilafətnamə (icazənamə) verdi. Həmin dövrdə onun əqidədaşı olan Şeyx Şamil çar hökumətinə qarşı müridizm hərəkatına rəhbərlik etdiyindən ruslar Zaqatala şeyxlərinin də onlara qoşulacağından ehtiyat edib 1863-cü ildə Şeyx Əhməd əfəndini həbs edtdilər. Şeyxi İrkutsk vilayətinə sürgün etdilər. Bir müddət çar həbsxanasında saxlanan Əhməd əfəndi öz kəramətləri ilə nadzorları heyrətə saldı. Belə ki, gündə beş vaxt namazda kameranın qıfılları Qüdrətli-İlahidən açılar, Şeyx həyətdə dəstəmaz alıb, namaz qıldıqdan sonra yenidən kameraya qayıdarmış. Bu və digər möcüzələri görəndən sonra 1866-cı ildə övliyanı sərbəst buraxdılar.Sürgündən qayıdandan sonra Əhməd əfəndi Aşurə adlı qızla ailə qurdu. Daha sonra iki dəfə Həcc ziyarətində oldu. İkinci Həcc ziyarətindən qayıdanda İstanbula gəldi. Səkkiz il İstanbulda yaşayan Şeyx Əhməd  burada ikinci dəfə evləndi və Abidət adlı qızı oldu (Abidətin qəbri Talada atasının yanındadır). Əhməd əfəndi   İstanbulda yaşadığı dövrdə Sultan Əhməd camisində dərs deyirdi. Sonralar o, Misirin Əl-əzhər universitetinə müəllim kimi dəvət alsa da, xanımı vəfat etdiyindən talaya qayıtdı.İstanbulda olarkən İmam Şamilin oğlu Qazı Məhəmməd Əhməd əfəndi ilə görüşərək, “Qazavat”etmək istədiyini bildirdi və Şeyxdən məsləhət istədi. Əhməd əfəndi Şeyx Şamilin oğluna yazdığı məktubda belə tövsiyə edirdi: “İndi vuruşmağın əhəmiyyəti yoxdur. Atan 30 il vuruşdu, lakin, o da lazım olanda qılıncı yerə qoydu. Türk xalqı böyük xalqdır, amma yenə deyirəm ki, hər işin öz vaxtı var”.Tala kəndində irşad etdiyi müddətdə Şeyx Əhməd əfəndinin ətrafına yüzlərlə mürid toplaşmışdı. Müridləri onda zaman-zaman kəramətlər müşahidə edirdilər. Belə ki, bir gün namaz vaxtı Şeyx səcdəni həddən artıq uzatdı. Müridləri onun bu qədər səcdədə qaldığını görməmişdilər. Namazın sonunda ondan bunun səbəbini soruşduqda bildirdi ki, həmkəndliləri dağ yolu ilə gedərkən uçquna düşdülər və məni çağırdılar; onların köməyinə getdiyimdən səcdədən qalxa bilmədim. Müridlərdən bəziləri buna şübhə etsələr də, qapıdan çıxanda şeyxin başmaqlarının yaş olduğunu gördükdə şübhələri aradan qalxdı.Əhməd əfəndi insanlara xeyirxahlığı təbliğ etdiyi kimi, özü də bu xeyirxahlığın nümunəsi idi. Belə ki, o, öz vəsaiti və rəhbərliyi ilə Talaya 14 km uzunluğunda su xətti çəkdirdi. Bu gün də insanlar həmin sudan istifadə etdikcə övliyaya rəhmət oxuyurlar.Şeyx Əhməd əfəndi 1901-ci ildə Talada əsasını qoyduğu və lazım olan vəsaitini ayırdığı məscid 1910-cu ildə tamamlanmaqla, keçmiş SSRİ-də ən böyük məscid idi.Kəramətli övliya və Nəqşibəndiyyə şeyxi olan Əhməd əfəndi 1904-cü ildə dünyasını dəyişdi. Cənazə namazına 1500-ə yaxın adam dayanmışdı. Dəfn mərasimində iştirak edənlər isə, 15 minə yaxın idi.Dəfn mərasimdə iştirak edənlərin bir ucu qəbirstanlığa çatanda arxa tərəfi hələ şeyxin həyətində idi. Şeyxin cənazəsi Tala qəbirstanlığında müqəddəs bəsil nəslindən olan Hacı Ramazanın (Ölüm tarixi hicri-1308 miladi 1890-91) məzarının yanından keçəndə hansısa bir qüvvənin təsiri ilə dayandı. Insanlar nə qədər cəhd etsələr də cənazə irəliləmədi. Bir neçə dəqiqə sonra cənazə yoluna davam etməyə başladı. Deyilənə görə Əhməd əfəndi sağlığında da bu müqəddəs məzarın yanından keçəndə ayaq saxlayıb dua vermədən keçməzmiş.Şeyx Əhməd əfəndinin başdaşının kitabəsinin ərəbcədən tərcüməsi belədir:“Hökmranlıq vahid, qüdrətli Allaha məxsusdur! İki dünyanın hökmdarına eşq olsun! Bu məzar pirlik məqamına çatmışların çırağı, bu torpaq xalqın günəşi, böyük xilaskarların və əzəmətli şeyxlərin qütbü, qüdrətli və hakimiyyət sahibi Allaha qovuşanların və ariflərin tacı, öz əsrinin vahidi, zəmanəsinin yeganəsi, Allahı dərk etmiş, Allahın rəsulunun canişini, xalqın və dinin mürşidi, on dörd məsumun dini uğrunda zəhmət çəkən alim, əl-Məhəmmədi, əl-Xadrai, ən-Nəqşibəndi, əl-Mücəddədi, əl-Xalidi, əl-Mahmudi (Almalı Mahmud Əfəndi nəzərdə tutulur-müəllif.) Talalı şeyx Əhməd Əfəndi 1321-ci ildə zilhiccə ayının onu gecəsi vəfat etmişdir (27 fevral 1904-cü il) Torpağı pak olsun”.Şeyxin məzarının sol tərəfində Nəqşibəndi şeyxi, Dağıstanlı Hacyu əfəndinin qəbri vardır. Qəbrin başdaşının ərəbcə kitabəsinin tərcüməsi belədir:“Allah! Mahmud əfəndi Almalı, Şüayb əl-Bəkir əfəndi, Hacı İbrahim əfəndi əl-Qcuri, Əhməd əfəndi, şəkili Hacyu əfəndi, imam rəbbani Əhməd Sirhindi, Bağdadlı Xalid, ölüm məlaykəsi Bahəddin Məhəmməd əl-Buxari… Bu qəbir islamın çırağı, xalqların mürşidi, qüdrət və hakimiyyət sahibi ariflərin və Allaha qovuşanların son dərəcə yaxşısı və layiqlisi, əsrinin yeganəsi, zəmanəsinin vahidi, Allahı tanıyan, Allahın rəsulunun canişini, on dörd məsumun dini uğrunda çalışan görkəmli alim Hacyu əfəndi əl-Məhəmməd, əl-Xədrai nəqşibəndi, əl-Mücəddədi, əl-Xalidi, əş-Şəkuri Dağıstanlı, hicri, 1367-ci ildə, rəbi ələvval ayının onu, gecə yarısı (22 fevral 1948) vəfat etmişdir. Kitabəni talalı Əbdül Qadir yazmışdır.” Başdaşının arxa tərəfində nəqşibəndiyyənin içərisində “Allah” sözü yazılmış ürək formalı çevrədən ibarət embleması həkk olunmuşdur.Hər iki kitabədən göründüyü kimi, nəqşibəndiyyə silsiləsindən olan alimlərin adları hörmətlə yad edildikdən sonra mərhumun adı çəkilir. Əhməd əfəndinin Tala kəndindəki evini 30-cu illərdə sovet hökuməti müsadirə edərək MTS idarəsinə verdi.Şeyxin Abdulla və Məhəmməd adlı iki oğlu qalmışdı. Abdulla uşaq yaşlarında dünyasını dəyişdi. Din xadimi olan Məhəmməd isə, Ruqiyyət adlı qızla evləndi. Onların nigahından Əhməd (1905) və Mustafa (1906) adında iki oğlu, Aşurə (1923 təv) Xatimət, Əminəxatun, Minəsona adlı dörd qızı olub.Atasının yolunu davam etdirdiyinə görə Rus hökuməti Məhəmməd əfəndini də təqib etməyə başladı. 1930-cu illərdə həbs olunan Molla Məhəmməddən sonralar heç bir xəbər çıxmadı. Onun həbsinin səhərsi günü isə arvadı Ruqiyyəni, oğlanları Əhmədi və Mustafanı, körpə qızları Aşurəni, Xatiməti, Əminəxatunu da həbs edərək, sürgünə göndərdilər. Qızlardan biri Minəsona ərdə olduğu üçün, onun özünü yox, ərini sürgün etdilər. Qızlardan yeganə sağ qayıdan Aşurə söhbət edirmiş ki, Qazaxıstan çöllərində çox ağır sürgün həyatı keçiriblər. Azov dənizindən qamış qırıb, ocaq yandırırmışlar. Çox çətinliklə əldə etdikləri kəpəyi həmin ocaqda qaynadıb, horra bişirib içirlərmiş. Anası və iki bacısı bu məşəqqətlərə dözməyərək orada vəfat ediblər. On yaşlı Aşurə isə vətənə qayıdıb (sonralar o, Həbibullah adlı şəxslə ailə qurub). Molla Məhəmmədin oğlanları Mustafa və Əhməd 1933-cü ildə sürgündən qayıdandan sonra, yenə də təqib olunduqlarını görüb, dağlara çəkiliblər. 1937-ci ilə qədər qaçaq həyatı yaşayandan sonra, qonşularından biri öyrədilərək onların yanına göndərilib və aldadılaraq aşağı endirilib. Evlərinə qayıdan kimi Əhmədi və Mustafanı həbs edərək, güllələnməyə göndəriblər. Möcüzəli quşYuxarıda qeyd etdim ki, 30-cu illərdə Molla Məhəmmədin ailə üzvləri represiya olunanda Minəsona adlı qızına toxunmamışdırlar. O, 1979-cu ildə dünyasını dəyişdi. Mərhumun 40-ı günü baş verən bir möcüzə gələnləri heyrətə saldı. Belə ki, göyərçin boyda, həddən artıq bəzəkli bir quş qadınların oturduğu otağa girərək, Aişənin (sürgündən sağ qayıdan qızın-müəllif) başına qonub və qanqdını geniş açaraq onun yanında əyləşən Əminətin başına salıb. Bir qədər durduqdan sonra, quş pəncərənin qabağına qonub və oturanlara tamaşa etməyə başlayıb. Həmin vaxt evdə Hafizə adlı qohum qadın yataqda xəstə yatırmış. Qadınlardan biri quşu götürüb, xəstənin üzərinə qoyur ki, bəlkə şəfa tapa. Hafizənin üzünə diqqətlə baxan quşun gözlərindən yaş axmağa başlayır.  Həmin günün səhəri Hafizə dünyasını dəyişir.  Daha sonra quşu götürüb həyətə çıxarırlar ki, gələnlər hamısı görsün. Hadisə şahidlərinin danışdığına görə  hələ nə o vaxtadək, nə də ondan sonra belə bir bəzəkli, yaraşıqlı və gözəl gözlərə malik bir quş görməyiblər.Şeyx Əhməd əfəndinin davamçıları:1. Hacı Osman əfəndi (ölümü 1918)2. Hacı Mustafa əfəndi Əl-Qadiri3. Əbdülvəhab əfəndi əs-Saxuri4. Həsən Dəbir ət-Taşi5. Musa Dəbir-əl-Qarani əd-Dağıstani6. Hacı Mamay əfəndi7. Ömər əfəndi əl-Qarali8. Hacı Mustafa Əfəndi əl-Malaxi (1919-cu ildə Qax rayonunun Malax kəndində vəfat edib.) 9. Hacı Şirin əfəndi əl-Güllükü (1899-cu ildə Səudiyyə ərəbistanının Ciddə şəhərində vəfat edib)10. Əbdürrəhman əfəndi əl-Əhhadi (qəbri Tala kəndində şeyxinin yanındadır)11. Musa əfəndi əl-Göynüki12. Temirxan əfəndi əl-Çarışlı13. Murtuza Əli əfəndi əz-Zəldi əl-Xaraxi14. Hacı Gülməhəmməd əfəndi əl-Mosuli15. Hacı Əbdürrəhman əfəndi əl-Qumuği (1909-da vəfat edib, qəbri Tala kəndindədir)16. Əbdüssəlam Əfəndi əl-Xaçmazi (qəbri oğuz rayonunun Padar kəndidndədir.)17. Hacı Şamil əfəndi əl-Batuni18. Hacı Ömər əl-Hədli əl-Aradi19. Hacı Əndal əl-Hədli əl-Aradi20. İbn Həcər əl Ukehi21. Hacı Bəkri əfəndi əl-Məşləfi (Zaqatala)22. Cüneyd Əfəndi əl-Qaxi Paşa Yaqub – tədqiqatçı-yazıçıZaqatala – Bakı Yazarın arxivi:http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler