Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qedr gecesi baş veren terror aktına dini baxış…

29 Haziran 2016

5:48 pm


29/06/2016 [21:46]: xeber –
Türkiyədə dünən baş vermiş qanlı terror aksiyası həm də Qədr gecəsinə təsadüf edirdi. Quranda qədr sürəsində buyrulub ki:“Qədr surəsi 4-cü və 5-ci ayələr. 4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. 5. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır”  Göründüyü kimi sürədə Qədr gecəsində yer üzünə heç bir bəlanın gəlmədiyi göstərlisə də dünən Türkiyədə onlarla müsəlman həlak oldu. İlahiyyat üzrə elmlər doktoru Əkrəm Həsənov sayt -a açıqlamasında məsələyə şərh verib:“Allah Təala Qurani Kərimdə buyurur ki, Allaha və Allahın dininə, Allahın şüarlarına hörmət göstərmək lazımdır. İnsanlar bu gün Allaha qarşı üsyan edərək yer üzərində zülm edir, günahsız insanların ölməsinə səbəb olurlar. Keçən il Həcc ibadəti zamanı Məkkədə insanların məsuliyyətsizliyindən minlərlə müsəlmanlar yaralandı və dünyalarını dəyişdi. Bu il isə Ramazan ayında, mübarək Ramazan gecələrində, Qədr gecəsi ehtimal olunan gecələrin birində Türkiyədə terror hadisəsi törədildi. Bu mübarək gecədə xeyli müsəlman qardaş və bacılarımız dünyasını dəyişdilər. İnsanlar yaralandı. Allah Təala dünyadan köçənlərə rəhmət etsin! Amin! Allah Təala yaralılara şəfa versin! Amin! Bütün bunların baş verməsi isə məhz müsəlmanların mübarək hesab etdikləri günlərdə baş verdi. Bundan istifadə edən ateistlər və zəif inanclı şəxslər isə sanki bəhanə edərək bir daha islama qarşı suallar ünvanlayırlar ki, niyə Quranda Allah Təala Qədr gecəsini mübarək, əmin-aman adlandırır, ancaq bu gecə terror hadisəsinin olmasına icazə verir. Ümumiyyətlə bu hadisə hansısa bir insanlıqdan kənar şəxsin etdiyi zülm, günah bir əməldir. Quranda Allah Təala bildirir ki, kim haqsız yerə, yer üzərində heç bir günahı olmayan, heç bir cana qıymayan bir şəxsi öldürmüş olarsa sanki bütün insanları öldürmüş kimi günah qazanar. Terror edənlər və buna səbəb olanlar bu əməlləri ilə bir insanı yox, bütün insanları öldürürmüş kimi böyük günah sahibi olurlar. Belə insanların cəzası axirətdə çox böyük olacaqdır. Xüsusi ilə belə günahı məhz Ramazan ayında etmək, Qədr gecəsi ehtimal olunan gecədə etmək günahın ağırlığını göstərir. Çünki, savablar belə günlərdə daha çox yazılırsa, günahlar da daha çox yazılır. İslam dininə görə mübarək günlərdə və gecələrdə edilən savab işlərin çoxluğu kimi günahların da çoxluğu ağır olur və cəzası şiddətli olur. Belə mübarək günlərdə və gecələrdə haqsız yerə cana qıyanlar və buna səbəb olanlar heç bir zaman cəzasız qalmayacaqlar. O ki, qaldı Allah Təala niyə buna icazə verir? Bunun da səbəbi budur ki, Allah Təala hər hansısa bir yolu seçənə öz yolunda getməsi üçün kömək edir. Günah yolunu seçim edən insana da bu əməlini gerçəkləşməsində imkan yaradır. Bu günahı, haramı etməsi üçün ona fürsət verir. Allah Təala Qurani Kərimdə Allahın insanı, günah edəni yaxalamasının çox böyük hadisə olduğunu bildirir. Allah Təala buyurur ki, məgər insan onu başı boş buraxacağımızımı zənn edir. Bu səbəblə belə günlərdə və gecələrdə edilən ibadətlərin mükafatı çox olduğu kimi edilən zülmlərin və haqsızlığın da cəzası ağır və çox olacaqdır.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler