Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qeddarlığı gösterenler mesuliyyete celb olunsunmu?

28 Eylül 2016

9:40 am


28/09/2016 [13:38]: xeber –
Son zamanlarda qətlə yetirilən, intihar edən qadınların görüntülərinin yayılması ciddi narahatlıq doğurur. Qadınlar belə görüntüləri lentə alan və yayımlayanların cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirlər. Hətta bu məqsədlə “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova ayrıca kampaniyaya başlayıb. sayt mövzu ilə bağlı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin mövqeyini öyrənib. Arif Əliyev bildirib ki, xüsusi qəddarlığı nümayiş etdirən kadrların verilməsi ilə bağlı getdikcə daha ciddi şərtlər ortaya qoyulur: “Bunların böyük əksəriyyəti peşə əxlaqı kodeksləri və yaxud özünü tənzimləmə strukturları çərçivəsində həyata keçirilir. Həm intiharlarla, həm də qəddarlığı nümayiş etdirən kadrlarla bağlı çərçivələr var və peşəkar jurnalistlər onu gözləməlidir. Məsuliyyət məsələsinə gəldikdə isə əgər qanunvericilikdə hər hansı addıma qarşı bir məsuliyyət nəzərdə tutulmayıbsa bütün qalan məsuliyyət növləri ictimai qınaq və yaxud ictimai təzyiq formasında baş verə bilər. Mən əminəm ki, jurnalist mərkəzləri, bu halda daha çox Mətbuat Şurası bu istiqamətdə fəaliyyətini artırsa, bunun təsiri olacaq. Çünki bu kimi hallar ictimaiyyət tərəfindən narahatlıqla qarşılanır. Jurnalist cameəsinin özü belə şeylərə qeyri-professionallıq, kobud səhv kimi münasibət bəsləsələr, problem öz həlini tapacaq. Mən razıyam ki, məsuliyyət nəzərdə tutulmalıdır, ancaq bu, daha çox ictimai təşkilatlar, jurnalist kollektivləri, auditoriya tərəfindən göstərilən təzyiq olmalıdır”.  Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler