Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qeddafinin slikon dodaqlı qadın sevgisi – Sarayındakı rüsvaylıqlar

23 Ağustos 2016

12:16 pm


23/08/2016 [16:14]: xeber –
2011-ci il… Liviyanın sabiq diktatoru Muammer Qəddafi və oğlanları (eləcə də ailəsinin başqa üzvləri) öldürüldükdən sonra dünya mətbuatı onların şəxsi həyatlarındakı gizlinləri öyrənməyə çalışdı. Qəddafinin hərəmxanası haqqında fransız jurnalistin yazdığı kitab bu prosesə marağı daha da artırdı. Qəddafinin oğlu Saifin ukrayn arvadı Nadejdanın  Rusiyanın “Moskovskiy Komsomolets” qəzetinə verdiyi müsahibə isə diktatorun bütün ailəsinin ümumi portretini  yaratmış oldu.sayt bu yazıda Nadejdanın dilindən deyilən şokedici faktların bəzilərini təqdim edəcək:Yaşadığı şəhərdə  öz gözəlliyi ilə ad-san qazanan Nadejda yüksək nüfuzlu iki şəxsin toy mərasimində Saif adlı bir varlı ərəblə tanış olur. O zaman Nadejda evli imiş, lakin həyatında mümkünsüz nəyinsə olacağını təsəvvür edə bilməyən Saif  Nadejdadan hər şeyi buraxıb onunla Vyanaya gəlməsini istəyir. Evli olmamışdan əvvəl başqa bir ərəblə sevgili olan və bu işlərdə xüsusi təcrübəyə malik Nadejda onların zəif damarının nə olduğunu  yaxşı bilirdi. Saifin həddindən artıq səxavətli olması sarışın gözəli onunla getməyə məcbur edir. Yalnız Vyanada olan vaxt ukrayn qız Saifin milyarder ərəb diktatorlarından biri olan Muammər Qəddafinin oğlu olduğunu öyrənir. Saif ona Liviyaya getmək və orada ata –anası ilə tanışlığın vacibliyini deyir. Artıq gec idi. Nadejdanın geriyə heç bir yolu qalmamışdı. Saifi Liviyaya aparacaq şəxsi təyyarəyə minəndə onu heyrət bürüyür: buradakıların hər biri diktator oğlunun qarşısında diz çökür, əlini öpürdülər. Nadejdanı isə bir qrup mühafizəçi daim izləyirmiş. Təbii ki, artıq təyyarəyə minən zaman ona ərəb qadınlarının geydiyi xüsusi örtülü geyim vermişdilər. Nadejda, qəzetə verdiyi müsahibəsində Qəddafi ailəsinin yaşadığı sarayı görəndə sanki nağıllar dünyasına düşdüyünü qeyd edir. Sarayın həyətində xüsusi qəfəslərdə pələnglər, şirlər və başqa vəhşi heyvanlar saxlanılırdı. Saifin hesabına yaşayan köməkçilər isə, onu bir anlıq da nəzarətsiz buraxmırlar. İdeal itaətin hər fəndini bilən bu köməkçilər Qəddafinin sarayında onun oğlunun hesabına kef çəkir, hər gün həyat qadınları ilə görüşürdülər. Amma Saif onları hər dəfə təhqir etməkdən sanki həzz alırmış. Nadejdanın sözlərinə görə, Saif köməkçilərini bəzən səbəbsiz yerə çox pis təhqir edir və yalnız bundan sonra yüngülləşirmiş. Hər dəfə jurnalistlərə müsahibə verəndə isə Nadejdanı onun ayaqlarını masaj etməyə məcbur edirmiş. Bəzən bu masajlar 4 saatdan da çox davam edib. Ukraynalı qadının həyatı əvvəllər yaxşı olub. Belə ki, Saifin təkidilə onun  ailəsi tərəfindən qəbul olunmaq üçün islam dinini qəbul edir və Qəddafi soyadını götürür. Qeyd edək ki, Qəddafinin bacısı Nadejdanı xüsusi “qadınlıq testi”ndən də keçirib. Lakin xüsusi üsullarla ukrayn qız bu “test”dən yayınıb. Onların aralarında mübahisələr sonralar  get-gedə qızışıb. Ukraynada keçirilən gözəllik yarışması skandalı daha da genişləndirib.  Qəddafinin oğlu o yarışmaya sponsorluq edirmiş. Yarışma üçün Nadejdanın seçdiyi qızları elə onun gözü qarşısında sevgi macərasına dəvət edirmiş. Gözəllik yarışmasındakı qızların bəziləri ilə gecələməsi Saiflə Nadejda arasında qızğın mübahisələrə səbəb olur. Nadejda söhbətin bu yerində haşiyəyə çıxaraq Saifin atasının –diktator Muammer Qəddafinin də sarışın rus qızlarına olan simpatiyasından danışır. Onun sözlərinə görə, Muammer Qəddafi sarışın slavyan qadınları ilə vaxt keçirməyi çox sevirmiş. Ən çox onların dodaqlarının slikonlu olmasına üstünlük verirmiş. Yenidən Liviya günlərindən danışan Ukrayna gözəli Saiflə sonuncu böyük mübahisədən sonra oranı tərk edərək vətəninə qayıdır. O zaman Saif üçün Nadejda artıq maraqsız olmuşdu və elə bu səbəbdən də Liviyanı tərk etməsinə mane olmur. Lakin bir müddətdən sonra peşmançılıq keçirən diktator oğlu Nadejdadan qayıtmasını çox xahiş edir. Ukraynada olan böyük əlaqələrini bu işə səfərbər edir. Hətta Nadejdanən qayıtması üçün Kiyevdəki qardaşı oğlunu oğurlatdıraraq onda qorxu yaratmaq istəyir. Lakin Nadejda son ana qədər qayıtmır. Çünki o möhtəşəm sarayda hər cür rüsvayçılığı görmüşdü. İş o yerə çatmışdı ki, nəinki Saif, hətta onun köməkçiləri də, həm Nadejda, həm də başqa qadınların yanında utanıb –eləmədən cinsi istəklərini söndürməyə çalışırdılar…Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler