Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qeddafinin gizli xezinesi haradadır?- Türkiyede tapıntı

20 Haziran 2016

7:20 am


20/06/2016 [11:19]: xeber –
42 il “Demokl qılıncı” ilə idarə edən, 2011-ci ildə xalq tərəfindən linç edilən Muammar Qəddafinin 420 milyard dollarlıq xəzinəsi hələ də tapılmır. Liviyanın aidiyyatlı orqanları dünyanın müxtəlif ölkələrinin banklarında yatırılan, müəyyən qismi isə Liviyada olan pulların yerini hələ də dəqiqləşdirə bilmir. Fransanın məşhur “Le Monde” qəzetində bu barədə yazılan araşdırmada Qəddafinin mirası barəsində dodaq uçuqlayan versiyalar səsləndirilir. sayt xəbər verir ki, Qəddafinin bütün maliyyə işlərini həll edən Saleh Bəşirin 7 milyard dollarla Qətərə qaçdığı deyilir. Lakin Liviya hökuməti bununla razılaşmır. Onlar zəngin neft satışının və Qərbin Liviyada etdiyi yatırımların dəfələrlə çox gəlir qazandırdığını və o gəlirlərin Qəddafi tərəfindən ələ keçirildiyini bildirir. Hökumət artıq  bu istiqamətdə ciddi şəkildə axtarışlara başlayıb. Axtarışlar dünyanın bir neçə ölkəsində davam edir. Pulların əsasən İtaliya, İsveçrə, ABŞ və İngiltərədə olduğu deyilir. Ona məxsus olan  daşınmaz əmlakların-villa, otel, hektarlarla ərazi və s. isə Paris başda olmaqla, məşhur Avropa şəhərlərindədir. Qeyd edək ki, bir müddət bundan öncə İstanbulda Qəddafiyə aid olan və dəyəri on milyon dollara çatan xəncər tapılmışdı. Xəncər dünyada tükənmək üzrə olan mamontların dişindən hazırlanıb və bir çox bahalı daş-qaşla bəzədilib. Onun İstanbula necə gəlib çıxması da maraqlıdır. Araşdırmalar zamanı məlum olub ki, Qəddafi linç edilən zaman sarayı yağmalanıb. Saraydan çıxarılan bahalı əşyalardan biri də bu xəncər olub. Xəncər Türkiyəyə buradakı Səudiyyə Ərəbistanının zəngin biznesmənlərinə satılmaq üçün qeyri-qanuni yolla gətirilib.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler