Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qeddafini plastik emeliyyat eden hekim: ”Mümkün olmayanı isteyirdi”

02 Eylül 2016

11:12 am


02/09/2016 [15:11]: xeber –
Liviyanın linç edilən diktatoru Muammer Qəddafinin plastik əməliyyatını keçirən 70 yaşlı braziliyalı həkim ölkəsindəki jurnalların birinə verdiyi açıqlamasında zəngin müştərisi barəsində maraqlı açıqlamalar verib. sayt xəbər verir ki, Liviyanın səhiyyə naziri onu Muammer Qəddafinin malikanəsinə apararaq  həkimi diktatorla şəxsən özü tanış edib. Qəddafinin ondan istəyi isə hər zaman cavan qalmaq istəyi olub: Qəddafi mənə uzun müddət hakimiyyətdə olduğunu və ölkədəki gənclərin onu yaşlı görmək istəmədiyini dedi”.Hadisə 1994-cü ildə baş verib. O zaman Liviyaya cərrahların konfransına qatılan braziliyalı həkim yerli səhiyyə  naziri tərəfindən rəhbərin yanına aparılır. O zaman aralarında yalnız kiçik dialoq olur. Aradan bir il keçir. 1995-ci ildə həmin həkim, saç əkimi ilə məşğul olan cərrah dostu ilə yenidən Liviyaya- birbaşa Qəddafinin iqamətgahına gəlir. Diktatorun üzərində plastik əməliyyat aparılır: qarnından yağları çəkilir, üz və göz qırışları aradan qaldırılır. Daha sonra isə, almacıq sümüyü üzərində də estetik əməliyyat aparılır və üzünün sağ tərəfindəki bir yara qismən də olsa silinir.İşin ən maraqlı tərəfi budur ki, cərrah Qəddafidən  əməliyyata görə pul almır. Amma diktator bir aydan sonra ona  içi dollar və fransız franklı ilə dolu zərf göndərir.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler