Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qeddafi Seddamdan sonra növbenin ona çatacağını bilirmiş.. -TARİXİ ÇIXIŞ

27 Temmuz 2016

6:12 am


27/07/2016 [10:11]: xeber –
Liviyanın üsyançılar tərəfindən linç edilərək öldürülən rəhbəri Müəmmar Qəddafinin illər öncə bir tədbirdə etdiyi çıxışı youtube kanalında yayılıb. 122 mindən artıq baxış olan bu çıxışda Qəddafi olduqca maraqlı fikirlər söyləyir. Ərəb dövlətlərinin liderlərinin hansısa toplantısında nitq söyləyən keçmiş Liviya prezidenti Səddam Hüseynin nəyə görə asıldığını soruşur. Sabiq prezidentin “Səddamdan sonra növbə bizə çatacaq” deməsi, zaldakılar tərəfindən gülüşlə qarşılanır. Qəddafinin sözlərinə gülənlər sırasında Suriya prezidenti Bəşər Əsəd də var. M.Qəddafinin çıxışı əslində antiamerika ruhludu. ABŞ-ın ərəb ölkələrinə və xalqlarına qarşı etdiyi gizli-aşkar təxribatlar, parçala hökm et siyasəti bu çıxışda olduqca ağıllı və net bir şəkildə izah edilir. Qəddafinin əslində nə qədər ağıllı və gələcəyi görən bir siyasətçi olduğu bu videodan görünür. Sadəcə “Ərəb baharı”nın yaratdığı ajiotajın üstündən illər keçdikdən sonra 2011-ci ilin yanvarından başlayaraq quzey Afrika və bir sıra Yaxın Şərq ölkələrində baş verən proseslərin mahiyyəti açılır. Həmçinin Qəddafinin çıxışı kimi çıxışlar da o hadisələrin niyə baş verdiyi barədə suallara aydınlıq gətirir. Gerçəkdən də her şeyin zamana ehtiyacı varmış. O zamana ki, dönüb-dolanıb Qəddafini belə haqlı çıxarır… (musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler