Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qeddafi öldürülen zaman heyat yoldaşını bu cür yad edib -MARAQLI

19 Ekim 2016

9:48 am


19/10/2016 [13:44]: xeber –
Xalq tərəfindən linç edilən sabiq Liviya lideri Muammər Qəddafinin ölümündən 5 il keçir. Lakin bu gün də ölkəsini 42 il idarə edən və məhdudiyyətsiz səlahiyyətlərə sahib olan Qəddafinin ölümü haqqında maraqlı versiyalar səslənməkdədir. Qəddafini öldürən şəxs kimi isə ən çox adı çəkilən gənc sıravi əsgər Sadiq əl Üreybidir. Əl Üreybinin hazırda 27 yaşı var. Benqazi üsyançı bölmələrindən birinin əsgəri olarkən Əl Hədra adlanan ərazidə Qəddafini bir neçə silahdaşı ilə qaçarkən yaxalayan və onu öldürən  şəxs kimi bütün Liviyada məşhurlaşdı. O, Qəddafinin qətlə yetirildiyi 2011-ci ildə nəinki Liviyanın, eləcə də dünyanın bir çox ölkələrinin media orqanlarının gündəminə düşə bildi. sayt Qəddafinin son dəqiqələrindən bəhs edəcək kiçik yazısında onun həyat yoldaşına olan sevgisindən danışacaq. Yalnız kiçik bir detal 42 il ərzində xeyli insanın ölümünə səbəb olan Qəddafinin gizli sevgisini üzə çıxarır. Həmin detalı Qəddafini qətlə yetirən şəxs –üsyançı Üreybi bu cür təsvir edir:“Qəddafini yaxalayan zaman üzərində qəhvəyi rəngli hərbi forma, kiçik tapança var idi. Güllə atmağa heç cəhd də göstərmədi. Üzərində  başqa heç nə yox idi. Bircə barmağında həyat yoldaşının adı yazılmış üzük var idi. Qəddafi həmin dəqiqələrdə- yəni biz onu yerə yıxıb əllərini bağlamaq istəyəndə ancaq o üzüyə baxırdı. Üzüyü barmağından çıxardım. Sonra Qəddafini maşının üstünə atdıq. Həmin üzük və qəhvəyi rəngli geyim bu gün də mənimlədir. Onları özümlə götürdüm. Vaxt gələr, Liviya muzeyinə bağışlayaram. Tapançanı isə üsyançılardan biri ələ keçirdi”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler