Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qebirdeki ölüyle danışdı – Oğuzda möcüze

30 Ağustos 2016

12:04 pm


30/08/2016 [16:01]: xeber –
“İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!” “Quran”, “İmran ailəsi” surəsi, 57-ci ayə.Yaxşı əməllərinə görə Rəbbimin mükafatlandırdığı qullarından biri də böyük övliya Kərim Babadır. O, XIX əsrdə Oğuz rayonunun Filfilli kəndində yaşamışdır. Atasının adı Vəlixan olub. Elm, iman və təqva sahibi olduğundan, həmçinin, həyatını “Quran”ın və İslamın təbliğinə həsr etdiyindən, Allah-təala onu peyğəmbərlərdən sonra ən yüksək məqama-övliyalıq məqamına yüksəltmişdir. Duaları Haqq dərgahında rədd olunmadığından, insanlar çətin anlarında ondan dua etməyi xahiş edərlərmiş. Ağsaqqalların danışdığına görə isti yay aylarında uzun müddət imiş ki, Oğuz bölgəsində yağış yağmadığından camaatın əkinləri susuzluqdan yanırmış. Yenə də insanlar ümid yeri kimi Kərim babaya üz tutub, Allaha dua etməsini xahiş edirlər. Övliya onlara məsləhət görür ki, imkanlı adamlar hərəsi bir qurban götürüb cümə günü qəbristanlığa toplaşsınlar. Cümə günü kənd ağsaqqalları deyilən yerə gəlirlər və çoxları da qoyun qurbanı gətirirlər. Kərim Baba qəbiristanlıqda dəfn olunmuş kəramətli bir övliyanın qəbrinin başında “Quran” oxuyur, namaz qılır və həmin övliyanı vəsilə tutaraq Allahdan yağış yağdırmasını istəyir. Baba duasını qurtarandan sonra qurbanları kəsməyə başlayırlar. Bir neçəsini kəsdikdən sonra, deyir: «Dayanın, kəsdiklərinizi də götürün tez məscidə gedəyin, qurbanların qalanını da orada kəsin». Səbəbini soruşduqda övliya cavab verir ki, «Bu saat güclü yağış yağacaq, tez buradan aralanmaq lazımdır». Hava çox isti və günəşli olduğundan çoxları inanmır. Lakin insanlar məscidə çatmamış göyün üzünə qara bulud gəlir və güclü yagış başlayır. Beləliklə, camaatın  bütün əkinləri bol-bol su içir. “Kərim Baba elmli və ağır övliyadır”Filfilli kəndində olarkən ağsaqqallarla da görüşdüm. Onların danışdıqları maraqlı söhbətləri moderator.az-ın oxucularına təqdim edirəm: Abdullayev Abdulla Həbib oğlu –  Filfilli kəndinin 80 yaşlı sakini: – Atam danışırdı ki, bir gün Dağıstandan bir şeyx Filfilliyə qonaq gəlib. Babam Molla Beydullah əfəndi kəndin mollası olduğundan, gələn qonaq da bizə düşüb. Dağıstanlı şeyx babamdan xahiş edib ki, onu Filfilli qəbiristanlığına aparmasın. Babam onun xahişini yerinə yetirir və oradakı övliyaları birlikdə ziyarət edirlər. Şeyx qəbristanlıqda dəfn olunmuş öliyaların qəbrlərinin ayaq tərəfində duraraq, onların bütün əlamətlərini – boyunu, sifət cizgilərini, elmini, həyatda olarkən nə iş gördüyünü, nədən öldüyünü babama danışmağa başlayır və bildirir ki, bəsirət gozü açıq olduğundan, qəbirdəki şəxsi görür və onun ruhu ilə söhbət edir. Hacı Məsim əfəndinin qəbrinin yanında olanda onun çox elmli olduğunu, Kərim Baba haqqında isə, elmli olmaqla yanaşı, həm də ağır övliya olduğunu deyib.  Köhnə qəbiristanlıqda olan bir övliya qəbrinin yanında duranda isə, onun düşmənləri tərəfindən xəncər yarası ilə öldürüldüyünü bildirib. Babam ondan soruşub ki, mən də ilahiyyat elmini, “Quran”ı bilirəm və kəndin mollasıyam; bəs mən niyə qəbirdəkilərlə danışa bilmirəm? Şeyx cavab verib ki, «Sənə verilən nəzirlərin çoxusu haramdır, ona görə də bəsirət gözün açılmır».  Babam yataqda yatan iki oğlunu şeyxə göstərib: Bunlardan hansınin faydalı olacağını soruşub. Şeyx hər iki uşağın başına əl çəkib, Abdulla əmim haqqında deyib ki, bu uşaqdan muğayat ol, gedəsi qonaqdır. Çox keçmir ki, əmim dünyasını dəyişir. Biz də öz növbəmizdə övliya Kərim babanın və Filfilli qəbristanlığında dəfn olunmuş digər kəramət sahiblərinin şərif məzarlarını ziyarət edib, ruhlarına dua edərək Bakıya dönürük. Paşa Yaqub – tədqiqatçı-yazıçıOğuz – Bakı. Yazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler