Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qebele” “Sent-Etyen” divarını aşa bilmedi, yıxıldı – FOTOLAR

03 Kasım 2016

8:16 pm


04/11/2016 [00:14]: xeber –
“Qəbələ” uğursuzluq seriyasına davam edir. “Qəbələ” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.Roman Qriqorçukun yetirmələri IV tur çərçivəsində “Sent-Etyen”i Bakıda qəbul edib. İki həftə əvvəl səfərdə minimal hesabla məğlub olduğu rəqibi ilə bu dəfə doğma meydanda üz-üzə gələn “qırmızı-qaralar” azarkeşləri önündə qrup mərhələsində ilk qələbə sevincini yaşaya bilməyib. Ardıcıl 4 Avrokubok oyununda uduzan təmsilçimiz ilk 3 xalını qazanmaq və uğursuz seriyanı qırmaq üçün var gücü ilə mübarizə aparsa da, bu istəkləri baş tutmayıb.  “Qəbələ” səfər matçı ilə müqayisədə daha güclü heyətlə meydana çıxıb. Cari mövsüm evdə keçirdiyi bütün Avrokubok matçlarında qol vuran “qırmızı-qaralar” bu məhsuldarlığı fransalılara da nümayiş etdirib. III təsnifat mərhələsində “Lill”i Bakıdan məğlub yola salmaqla Fransa təmsilçisini məğlub edən ilk klubumuz kimi tarixə düşən “Qəbələ” “Sent-Etyen”lə qarşılaşmada bu uğuru təkrarlaya bilmədi. Avropa LiqasıIV tur3 noyabr C qrupu“Qəbələ” – “Sent-Etyen” (Fransa) – 1:2Qollar: Ruslan Qurbanov, 39 – Tannane, 45+1, Beriç, 53 Baş hakim: Karlos Del Serro QrandeBaş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso FernandezƏlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi QarridoDördüncü hakim: Abraham Alvarez Kanton (hamısı İspaniya)Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)Bakı. 8-ci km qəsəbə stadionu “Qəbələ”: 22. Dmitri Bezotosnı (q), 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad EyyubovEhtiyat oyunçular: 33. David Pietrzkeviç (q), 4. Elvin Camalov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 13. Murad Musayev, 30. Petar Franyiç, 34. Urfan AbbasovEhtiyat oyunçular: Roman Qriqorçuk “Sent-Etyen”: 16. Stefan Rufye (q), 10. Ussama Tannane, 11. Henri Sayvet, 12. Şeyx Mbenqu, 14. Cordan Veretut, 17. Ole Selnaes, 19. Florentin Poqba, 22. Kevin Mone Pake, 24. Loik Perrin (k), 25. Kevin Malsuit, 27. Robert BeriçEhtiyat oyunçular: 30. Cessi Mulin (q), 2. Kevin Teofil Katrin, 4. Leo Lakro, 5. Vinsent Pajot, 9. Nolan Ru, 23. Aleksandr Soderlund, 35. Arnaud NordinBaş məşqçi: Kristof Qaltye(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler