Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qazaxıstanın dövlet katibi Azerbaycana sefer edecek

21 Eylül 2016

2:20 pm


21/09/2016 [18:18]: xeber –
Qazaxıstanın dövlət katibi Gulşara Abdıkalikova Azərbaycana səfər edəcək.sayt xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfirliyindən Report-a verilən məlumata görə, o, sentyabrın 29-30-da keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək. G.Abdıkalikovanın forumun plenar iclasında çıxış edəcəyi, eləcə də “dəyirmi masa”larda iştirak edəcəyi gözlənilir.Eyni zamanda, sentyabrın 30-da Qazaxıstan dövlət katibi ilə Heydər Əliyev adına “Qazaxıstan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri arasında görüş keçiriləcək. Tədbir Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunacaq. Bundan əlavə, mədəniyyət, incəsənət, təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.Görüşdə həmçinin Milli Məclisin deputatları – Azərbaycan-Qazaxıstan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, görkəmli ictimai xadimlər, Bakıda qeydiyyatdan keşmiş Qazaxıstan şirkətlərinin nümayəndələri, eləcə də Azərbaycanda təhsil alan qazaxıstanlı tələbələr iştirak edəcəklər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler