Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qazaxıstan sefiri İrevanda ‘soyqırımı’ inkar etdi

27 Haziran 2016

1:44 pm


27/06/2016 [17:40]: xeber –
Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev Yerevanda təşkil etdiyi mətbuat konfransında erməniləri şoka salıb.Səfirin “erməni soyqırımı” ilə bağlı “problem hələ təsdiq olunmayıb” açıqlaması Ermənistanda “soyuq duş” effekti yaradıb.“Qazaxıstan niyə “erməni soyqırımı”nı tanımır” sualına səfir mətnaltı olaraq ermənilərin özünü soyqırım törətməkdə ittiham edib: “1915-ci il hadisələrində vəfat etmiş insanlar üçün təəssüf edirik. Bunun sizin üçün nə qədər həssas mövzu olduğunu bilirik. “Erməni soyqırımı”nın olduğunu və bunun Qazaxıstan tərəfindən tanınması hələki doğru deyil. Çünki hər şeydən əvvəl problem doğru həll edilməli və bura nə qədər insanın təqsirləndiyini tapmaq lazımdır.1920-1930-cı illərdə ölkəmizdə soyqırım törədildi. Hazırda bu məsələ ətrafında müzakirələr davam edir. Ancaq bunu hökumətimiz sizin hökumətlə birlikdə aparmır. Biz bu məsələlərin dərininə getmirik. Bəs buna görə kim günahkardır?Çünki soyqırım və qınamaq məsələlərində hər zaman bunun nədən ibarət olduğu və kim tərəfindən edildiyi sualı ortaya çıxır”.Səfir bu sözlərlə həmin vaxt Qazaxıstana rəhbərlik etmiş erməni Levon Mirzoyana eyham vuraraq dolayısı ilə erməniləri soyqırımda ittiham edib.Qeyd edək ki, 1920-1930-cu illərdə Qazaxıstana erməni Levon Mirzoyan rəhbərlik edib. Həmin illər ərzində aclıq səbəbi ilə əhalinin 40 faizi ölüb, heyvanların 90 faizi tələf olub. O zaman Qazaxıstana rəhbərlik edən bu şəxsin əmri ilə əhalinin taxıl və mal-qaraları əllərindən alınaraq mərkəzə göndərilirdi. Məhz bu səbəbdən 2 milyon 230 min qazax acından ölmüşdü.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler