Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qaz qardaşlığı”:Rusiya ve Türkiye “türk axını” layihesini imzalamağa hazırlaşır

09 Ekim 2016

12:08 pm


09/10/2016 [16:05]: xeber –
Moskva ilə Ankara arasında “Türk axını” layihəsi ilə bağlı saziş oktyabr ayının 10-12-də İstanbulda keçiriləcək Rusiya-Türkiyə hökumətlərarası birgə iclası çərçivəsində imzalana bilər.Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak “Huriyyet” qəzetinə müsahibəsində deyib: “Hökumətlərarası saziş layihəsi hazırdır. Bir neçə açıq qalan məsələlər barədə Rusiya türk tərəfi ilə fəal müzakirə aparır.Sazişin imzalanması şansı var”.   Novakın sözlərinə görə, Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşmasının qısa yolu “Türk axını” layihəsinin və “Akkuyu” AES-lə bağlı layihələrin reallaşmasından keçir.  2014-cü ildən Rusiya rəhbərliyi tərəfindən açıqlanan bu layihəyə görə, Qara dənizdən Türkiyənin Avropa hissəsinə, oradan da Yunanıstanla sərhəddə qədər boru kəmərinin çəkilməlidir. Layihənin ümumi məbləği 11,4 milyard avrodur. Kəmərin bir qolu tamamilə Türkiyənin qaz ehtiyacının ödənilməsi üçün çəkiləcək.(strateq.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler