Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qatıq yeyerek 157 il yaşadı, 20 defe evlendi – MARAQLI  

18 Eylül 2016

7:36 am


18/09/2016 [11:35]: xeber –
Dünyanın ən uzun yaşayan adamı Zaro ağa 1777-ci ildə Türkiyədə, Bitlisin Mutki rayonunun Meydan kəndində anadan olub. Zaro ağa dünyaya gələndə Osmanlı dövlətinin başında I Əbdülhəmit taxtda oturubmuş. Gənclik illərində İstanbula köçdüyündə isə padşah III Səlim olub. Ortaköy məscidinin, Nusretiyə məscidinin, Selimiyə kışlasının, Dolmabahçe sarayının tikintisində böyük əməyi olub. Bu tarixi tikililərin hamısı o illərdə inşa edilib və Zaro ağa bu binaların inşaatında çalışıb. Krım müharibəsini, Rusiya müharibəsini, Plevne, Qafqaz savaşını, Balkan müharibəsini, Birinci dünya müharibəsini, işğal illərini və İstiqlal savaşını yaşayıb. Kabakşı Mustafa üsyanına, yeniçəriliyin qaldırılmasına, Tanzimata, Birinci və İkinci Məşrutiyyənin, Cumhuriyyətin elanına şahid olub. Uzun həyatı boyunca səltənətini gördüyü padşahları saymaqla bitirmək olmur: I Əbdülhəmid, III Səlim, IV Mustafa, II Mahmud, Əbdülməcid, Əbdüləziz, V Murad, II Əbdülhəmid, V Mehmet Reşat və Vahdətdin.Zaro ağa İstanbuldakı ömrünü kiçik bir evdə keçirib. Uzun yaşamaq istəyənlərə bolluca qatıq yeyin deyirmiş. Erkən saatlarda yediyi axşam yeməyində süfrədə ancaq qatıq və ya sadəcə çörəklə ayran olarmış. Düz 100 il bu adətini dəyiştirməyib. İstanbulda hamballıq belə edib. İlk Hamballar Təşkilatını da o yaradıb. Ancaq kədərli taleyi bundan sonra başlayıb. Belə ki, iki amerikalı Zaro ağaya yeni bir həyat vəd edərək Amerikaya getməsinə razı salırlar. Zaro ağa New-Yorkda böyük bir törənlə qarşılanır. Amma onu Amerikaya aparanların əsl niyyəti başqa imiş. Belə ki, Zaro ağaya xüsusi bir kostyum geyindirib sirklərdə “dünyanın ən yaşlı insanıdır” deyə gəzdirirlər. Şəkil çəkdirmək 10 dollar, öpmək 15 dollar olur. 150 yaşındakı kişini əyalət-əyalət gəzdirib taqətdən düşəndən sonra bir qəpiksiz gətirib İstanbula qoyurlar. Bundan sonra Zaro ağa xəstələnir, yaşadıqları, başına gətirilənlər ona ağır gəlir. 1934-cü ilin 29 iyunda Şişli Etfalda vəfat edir. 157 yaşına qədər tam sağlam olan və heç zaman həkimə getməyən Zaro ağanın ömrünün son ilində ciyərləri tuberkuloz olur, ürəyi genişlənir. Zaro ağanı dəfn edərkən nəvəsinin nəvəsi “Babam dünyaya doymadan getdi!” deyə fəryad edirmiş. Zaro ağa 157 illik həyatında 20 dəfə evlənib. Bu qədər evlənməsinə baxmayaraq, arvadlarının heç birini unutmayıb, hər birinə qayğı və diqqət ayırıb. Ancaq uşaqlarının və nəvələrinin sayını bilməyib. Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler