Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

QAT-ın yeni kitabları çapdan çıxıb

05 Ağustos 2016

12:24 pm


05/08/2016 [16:21]: xeber –
sayt xəbər verir
ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) “Qarabağ müharibəsi. Qısa tarix” (Azərbaycan
dilində), “Xocalı soyqırımı” (Azərbaycan, ingilis, rus dillərində), “Quba məzarlığı-erməni
cinayətlərinin qanlı izi” (Azərbaycan, ingilis, rus, türk, alman, fransız,
gürcü dillərində) kitabları çapdan çıxıb. Kitablarda Qarabağ müharibəsi, erməni
işğalı və vəhşilikləri haqqında məlumat verilir, erməni cinayətləri şəkillərlə əyani
nümayiş etdirilir. Kitabların Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələrdə
paylanması, kitabxana, ali təhsil ocaqları, dövlət qurumları, səfirliklərə
pulsuz paylanması nəzərdə tutulur. Kitablar Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə nəşr olunub.

QAT bu kitablardan əlavə
öz hesabına “Qarabağ dünən, bu gün və sabah” (XIV buraxılış), “Qarabağ Gündəliyi”
(XIV və XV buraxılışlar)  kitablarını da
nəşr etdirib. Dağlıq Qarabağ münaqişəsinə dair məqalələrin toplandığı, münaqişə
ilə bağlı gündəlik hadisələrin izləndiyi bu kitablar da pulsuz paylanacaq.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler