Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

QAT Google ve ermeni texribatı ile bağlı XİN-e müraciet etdi

13 Temmuz 2016

5:20 pm


13/07/2016 [21:19]: xeber –
Qarabağ Azadlıq Təşkilatı
(QAT) Google şəbəkəsində Azərbaycanın işğal olunmuş ərazilərində yer adlarının
təhrif olunması ilə bağlı Xarici İşlər naziri Elmar Məmmədyarova müraciət göndərib.
sayt-a daxil olan müraciətdə deyilir:

“Növbəti erməni təxribatı
ilə bağlı məsələni diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Ermənilər bu təxribata
nüfuzlu Google şirkətini də qoşublar. Belə ki, www.google.ru/maps saytında Azərbaycanın
işğal altındakı yer adlarını erməni variantında təqdim edirlər. Məsələn, Ağdam
“Akna”, Ağdam rayonunun Papravənd kəndi “Nor Karmiravan”, Şahbulaq yaşayış məntəqəsi
“Surenavan”, Kəlbəcər “Karvaçar”, Kəlbəcər rayonunun Zülfüqarlı kəndi “Zuar” şəklində
göstərilib. Bu cür faktların sayı çoxdur. Ermənilərin məkrli niyyətlərini,
saxtakarlıq təcrübəsini bilirik. Amma Google şirkətinin erməni yalanlarına
qoşulması, erməni cinayətlərinə şərik olması başa düşülən deyil. Biz hesab
edirik ki, bu məsələyə təcili reaksiya verilməli, təxribatın qarşısı alınmalı,
Google şirkəti məsuliyyətə cəlb olunmalıdır. Bu, rəhbərlik etdiyiniz nazirliyin
birbaşa işidir. Bu təxribata bu günə qədər reaksiya verməməyiniz, tədbir görməməyiniz
çox təəccüblüdür. Xahiş edirik ki, təcili tədbirlərin görülməsi üçün
tapşırıqlarınızı verəsiniz. Əks halda, bu saytın sındırılması üçün əlavə vasitələrə
əl atmalı olacağıq”.

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler