Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarşıda bizi güclü silahlı toqquşma gözleyir… -XƏBƏRDARLIQ

22 Eylül 2016

6:32 am


22/09/2016 [10:31]: xeber –
Himayədarlarının dəstəyi ilə Azərbaycan ərazilərini 25 ildən artıqdır işğal altında saxlayan oyuncaq Ermənistan dövləti özünün “müstəqilliyinin” ildönümünü hərbi paradla qeyd edib. Sentyabrın 21-də İrəvanın Azadlıq meydanında təşkil olunan paradda bir sıra silahlar, o cümlədən “İskəndər” operativ-taktiki raket kompleksi, “Toçka U” və “Elbrus” (R-17 ballistik raketləri ilə) taktiki raket kompleksləri, həmçinin bəzi hərbi texnika növləri nümayiş etdirilib. Şübhə yox ki, hərbi parad əslində Azərbaycana qarşı təhdid məqsədi güdür. Aprel döyüşlərində Qarabağda ciddi itkilər verən və bəzi yüksəklikləri itirən işğalçı ölkə “güclü ordu” nümayişi ilə həm Azərbaycana özünü “arxalı köpək” qiyafəsində göstərmək istəyir, həm də ölkədəki etirazları səngitməyə çalışır. Qeyd edək ki, Rusiyanın Ermənistanda dislokasiya olunan Cənubi Qafqaz hərbi dairəsinin heyəti də hərbi parada qatılıb. Bununla Qarabağ məsələsində vasitəçi olan Rusiya əslində Ermənistanı himayə etdiyini növbəti dəfə nümayiş etdirib. Düzdür, parad həm texnika, həm də iştirakçıların tərkibi baxımından zəif təsir bağışlayıb. AzVision.az xəbər verir ki, paradda hərbi hissələrdə nizam-intizamın olmaması, elementar keçid qaydalarına riayət edilməməsi açıq-aşkar görünüb. Hətta kursantların və hərbçilərin nizamlı formada keçidi yerinə yetirə bilmədiyi bəlli olub. Paradda erməni keşişlərin iştirakı gözdən yayınmayıb. Yeri gəlmişkən, tərəflərin Vyana və Sankt-Peterburqdakı razılaşmasını pozan Ermənistan rəhbərliyi iki gün əvvəl Ağdam ərazisində hərbi təlimlər keçirməklə də danışıqları pozmağa yönəlik təxribata əl atdı. Azərbaycan XİN də Ermənistanın bu cür davranışını İrəvanın növbəti ciddi təxribatı adlandırıb.Azərbaycan da düşmənin təhrikçi hərəkətlərinin qarşısında zəruri addımlar atır. AzərTAc bildirir ki, sentyabrın 21-də Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub. Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sentyabrın 27-də isə Azərbaycan paytaxtında müdafiə sənayesi sərgisi keçiriləcək. Məlumata görə, İsrailin hərbi sənaye şirkəti “Aeronautics” LTD sentyabrın 27-də Bakıda başlayacaq ADEX-2016 müdafiə sərgisində ilk dəfə döyüş başlığı daşıyan iki yeni taktiki pilotsuz uçan aparatı təqdim edəcək. Virtualaz.org xəbər verir ki, bunlar “Orbiter 4″ taktiki pilotsuz uçan aparatı və ”Orbiter 1K” mini pilotsuz aparatdır. Ermənilər aprel döyüşlərində İsrail istehsalı olan silahların şokundan ayılmamış Azərbaycanın yeni silahlara sahiblənməsi təbii ki, düşməni çətin vəziyyətdə qoyacaq. Azərbaycan paralel olaraq qardaş Türkiyədən də regionun ən dağıdıcı raket sistemi sayılan T-300 qasırğa silahlarını almağa başlayıb. Bu haqda şirkətin rəhbəri Eyup Kaptan deyib ki, Azərbaycanın sifariş verdiyi bir divizyon (4 kompleks) “Kasırğa T-300″ sistemi ilin sonunadək çatdırılacaq. Hər kompleksin tərkibinə 4 raket daşıya bilən mobil platforma, komanda-nəzarət mərkəzi, hava hücumundan müdafiə sistemi və radar daxildir.Azərbaycan Rusiyadan iki divizyon (hər diviziyonda 18 sistem) ”Smerç” sistemləri alıb. “Qasırğa T-300″ sistemləri isə düşmən nəzarəti altında olan ərazilərin dərinliklərində yerləşən hədəflərə, o cümlədən hərbi bazalara, qoşunların cəmləşdiyi yerlərə, nəqliyyat şəbəkələrinə, inzibati və sənaye obyektlərinə zərbələr endirmək üçündür. Xatırladaq ki, Azərbaycanın İsraildən aldığı “Harop” pilotsuz döyüş sistemləri bu ilin aprelində gedən döyüşlərdə ilk dəfə tətbiq olunub və düşmənin bir sıra hədəflərini yüksək dəqiqliklə məhv edib. Müşahidəçilər hesab edir ki, Azərbaycanın müasir silahlar əldə etdiyi şəraitdə düşmənin öz hərbi arsenalını nümayiş etdirməsi də nəzərdən qaçırılmamalıdır.  Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Uzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, bədnam qonşularımız hər dəfə özlərini hansısa yeni “kəşfləri” ilə gözə soxmağa çalışır və hərbi terminlə ifadə etsək, “minaya” düşürlər: “Elə bu dəfə də onların lovğalıqla hərbi paradda İrəvanın mərkəzi meydanına çıxartdıqları operativ-taktiki raket də onları rüsvay etdi. Dünənədək orduda kadr çatşmazlığından gileylənən hayların, birdən-birə bizə son illərin ən müasir silahlarından sayılan ”İskəndər”i nümayiş etdirməyə və “əzələ nümayiş etdirməyə, sadəcə, blef-cəhd etməyə gücləri çatdı. Əslində hələ paraddan əvvəl məlum oldu ki, bu, onların deyil, tabe olduqları və bütün göstərişlərini canla-başla yerinə yetirdikləri rəsmi Moskvanın növbəti dəfə rus əsgər və zabitləri ilə birlikdə hərbi parad üçün Ermənistanın sərəncamına verdikləri raket kompleksi idi. Nə olur-olsun, əvvəla, ermənilər o ağılın yiyəsi deyillər ki, onların son nəsil operativ taktiki raketləri almaq və idarə etmək qabiliyyətləri, bacarıqları olsun. Bu, sadəcə, aprel uğursuzluğundan sonra möhkəm qorxu və təlaşdan irəli gələn bir addım idi ki, bunu da gördük”. Ü.Cəfərov bundan sonrakı mərhələdə hərbi toqquşmaları istisna etmir: “Biz bir daha şahid olduq ki, ATƏT-in Minsk Qrupunun mənasız və heç bir nəticəyə gətirib çıxartmayan fəaliyyəti bundan sonra da eyni qaydada davam edəcək. Məsələnin çözümü Azərbaycan Silahlı Qüvvələrinin gücü və qətiyyəti hesabına, inşallah, başa gəlməlidir və yəqin ki, bu, qaçılmaz olacaq. Biz yalnız gücümüzü və qüvvəmizi bu istiqamətdə cəmləşdirməliyik və bu sahədə həm maddi, həm də mənəvi hazırlıqlarımızı sürətləndirməliyik. Sadə dillə desək, qarşıda bizi güclü silahlı toqquşma gözləyir ki, biz nəhayət ki, öz ərazi bütövlüyümüzü bərpa edək, düşməni layiq olduğu şəkildə cəzalandıraq”.Türkiyənin Azərbaycanın silah arsenalındakı payı barədə danışan  Ü.Cəfərov bildirdi ki, son vaxtlar Azərbaycan qardaş ölkədən ən müasir silah-sursat alıb: “Bugünlərdə Türkiyədən ən müasir sistemlər almışıq.  Söhbət ən müasir, son nəsil artilleriya-raket qoşunlarının arsenalında olan sistemlərdən gedir. ”Qasırğa T-300″ canlı qüvvə və texnikanı sıradan çıxartmaq üçün ən müasir silah sistemləri sayılır. Azərbaycanın silah arsenalında əvvəlki illərlə müqayisədə keçmiş SSRİ məhsullarının həcmi Türkiyə, İsrail, Cənubi Koreya, Pakistan, Afrika istehsalı olan silahlar hesabına xeyli azalıb. Bu gün faiz nisbəti ilə götürəndə dəfələrlə çox azalma var”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hələ ki bəzi sualların konkret cavabının olmadığı qənaətindədir: “İrəvanda nümayiş etdirilən modern ”İsgəndər-M” raketləri Rusiyanın hərbi bazasındakı özəl mülkiyyətidir, yoxsa həqiqətən Ermənistana aiddir? Bu sual ətrafında jurnalistlər və ekspertlər günlərdir baş sındırır və bu, səbəbsiz deyil. Çünki bu silah çox dağıdıcı xüsusiyyətlərə malikdir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Rusiya bu silahı hər istəyən dövlətə satmır. Varlı Səudiyyə Ərəbistanı bu raketləri almaq üçün Moskvaya müraciət etmişdi, ancaq Rusiya rədd cavabı verdi. Moskva varlı Səudiyyə Ərəbistanının əvəzinə, həmin raketləri Ermənistana göndərdi. Yaxud rəsmi Bakı müraciət etsə, Rusiya bu raketləri Azərbaycana da satarmı? Bu sual da açıq qalır. Sözdə Kreml Azərbaycanı “strateji tərəfdaş” adlandırır və bölgədə hərbi balansın pozulmasını istəmədiyini bildirir. Ancaq “İsgəndər-M” raketlərinin ancaq bir dövlətə məxsus olması balansı pozur. Demək, o biri dövlətdə də bu raketlərdən olmalıdır”. Ekspertin fikrincə, Rusiya rəsmi Bakının da raketləri əldə etmə müraciətinə rədd cavabı verərsə, deməli, o halda Kremlin “hərbi balans pozulmamalıdır” kimi dərdinin olmadığını demək olar: “Fikrimcə, raketlərlə bağlı qeyri-müəyyənlik varkən Azərbaycan XİN işə qarışmalıdır. Əlbəttə, söhbət Rusiyaya nota verilməsindən getmir. Biz Rusiyanın silahı kimə satması və hədiyyə verməsi işinə qarışa bilmərik, bu, onun daxili işidir. Ancaq XİN heç olmasa öz kanalları ilə aydınlaşdırmalı və bu haqda Azərbaycan ictimaiyyətinə məlumat verməlidir ki, İrəvanda nümayiş etdirilən ”İsgəndər-M” raketləri kimə məxsusdur, Rusiyaya, yoxsa Ermənistana? Məsələ burasındadır ki, Ermənistan hakimiyyətinin qəsdən həmin şəkilləri saytları vasitəsilə yayması bu raketlərlə Azərbaycan cəmiyyətində qorxu yaratmağa hesablanıb. Ona görə də məsələyə aydınlıq gətirməlidir. Bunun aydınlaşdırılmasının yolu isə Azərbaycan XİN-nin rusiyalı həmkarlarına müraciət etməsidir. Qoy Rusiya XİN və ya Müdafiə Nazirliyi açıqlama verib desin ki, həmin “İskəndər” raketləri onlarındır, yoxsa ermənilərin?” E.Şahinoğlu xatırlatdı ki, hələlik Rusiya rəsmilərindən və hərbçilərindən İrəvanda nümayiş etdirilən raketlərlə bağlı açıqlama gəlməyib: “Raketlər Rusiyaya məxsus olsaydı, Ermənistan hakimiyyətinin həmin raketləri özününkü kimi nümayiş etdirməsi Moskva tərəfindən təkzib olunmalı idi. Təkzib yoxdursa və ya susqunluq nümayiş etdirilirsə, deməli, bu raketlərin Ermənistana məxsusluğu və ya Ermənistanın maraqları üçün istifadə oluna biləcəyi faktı ortaya qoyulmuş olur. Bu isə o deməkdir ki, həmin silahlar çox rahatlıqla Dağlıq Qarabağda və digər işğal altındakı ərazilərimizdə peyda ola bilər. Bu faktor Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xidmət etmir. Üstəgəl, Ermənistan hakimiyyəti yenə köhnə təxribatına əl atıb, işğal altındakı Ağdam və digər ərazilərdə hərbi təlimlərə başlayıb. Demək, aprel döyüşləri və öldürülən yüzlərlə erməni rəsmi İrəvana heç nəyi anlatmadı. Ermənistan əvvəlki tək Rusiyaya arxayındır”.Politoloq Arzu Nağıyev hesab edir ki, ermənilərin Rusiyadan aldıqları və ya həmin silahların “özlərininki” kimi nümayişi ilk növbədə Rusiya ilə olan münasibəti göstərməkdən ibarətdir: “Digər tərəfdən, Rusiya Ermənistana bu silahları gətirməklə özünün NATO ilə olan sərhədini möhkəmləndirir. Fakt budur ki, Rusiya Azərbaycana da yetərincə silah satır. Son vaxtlar Rusiyadan T-72 tankları, BTR -80 A, Ka-32 və Mİ-17B-5 helikopterləri alınıb. Yəni Azərbaycan da öz arsenalını yeniləşdirməkdə davam edir və əlavə müqavilələr, o cümlədən ”Kornet- E” raket əleyhinə kompleks və dörd ədəd Ka-32 PS helikopteri ilə bağlı da müqavilələr imzalanıb”. Düşmən tərəfdən gələn təhlükələri real qiymətləndirməyi vacib sayan A.Nağıyev qeyd etdi ki, Azərbaycan heç də münaqişənin həlli barədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin deklorativ bəyanatlarına ümid edərək düşünmür: “Biz regionda baş verə biləcək hər hansı proseslərə hazır olmalıyıq və bu istiqamətdə də işimizi qururuq. Bundan başqa, bizim İsrail, Cənubi Afrika Respublikası, Ukrayna və Türkiyə ilə də müvafiq müqavilələrimiz var. Bu, heç də Rusiya-Ermənistan hərbi əməkdaşlığına cavab addımı deyil, Azərbaycanın hərbi doktrinasına uyğun şəkildə həyata keçirilir. Türkiyəyə gəldikdə isə ”Roketsan” kompanitası ilə Azərbaycanın müqaviləsi var və müqaviləyə əsasən Azərbaycana T-300 “Qasirğa” (“Hurricane”), reaktiv raket sisteminin alınması nəzərdə tutulub. Müqavilənin ümumi məbləği təxminən 244 milyon dollardır. Ümumiyyətlə, Türkiyə hazırda dünyada silah satan dövlətlər arasında 17-cidir və ixraca görə onun alıcıları arasında Səudiyyə Ərəbistanından sonra Azərbaycan ikincidir”.Azərbaycan da situasiyanı düzgün təhlil edir və yaxşı başa düşür ki, bölgəni “İskəndər”lə təhdid edən Ermənistan elə bugünlərdə Ağdamda hərbi təlimlər keçirməklə danışıqlar yolu ilə əraziləri azad etmək niyyətində deyil. Odur ki, aprel savaşının daha dəhşətli formada təkrarı real görünür.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler