Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qaraqoyunlu ve Ağqoyunlu dövletlerinin tarixini eks etdiren yeni kitab çapdan çıxıb

28 Temmuz 2016

4:24 pm


28/07/2016 [20:23]: xeber –
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə “Türkmən sülalələri” (Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi haqqında “İranın Kembric tarixindən” çıxarışlar) kitabı işıq üzü görüb.AMEA-dan bildiriblər ki, bu yeni nəşr “İranın Kembric tarixindən” çoxcildliyinin VI bölməsinin tərcüməsidir. Kitabın tərcüməçisi institutun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundovadır.Terminlər və sülalə adları lüğətinin də yer aldığı nəşr XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində baş verən əsas tarixi hadisələri əks etdirən məlumat kitabçası kimi də istifadə oluna bilər.Layihənin məsul redaktoru və “Ön söz”ün müəllifi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Kitab Azərbaycanın orta əsrlər tarixi ilə maraqlanan geniş oxucu kütləsi, o cümlədən tarixçi, müəllim, tələbələr üçün nəzərdə tutulub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler