Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qaralmış bananın inanılmaz faydaları  – Xerçengden qoruyur

11 Ağustos 2016

1:40 pm


11/08/2016 [17:39]: xeber –

Qida mütəxəssisləri
kalsiumla zəngin, ishal kimi xəstəliklərə, sümüklərə yaxşı təsir edən, vitamin
və mineral tərkibli bananın orqanizmə daha çox faydası olduğunu bildiriblər. Şirin
dadı, gözəl ətiri, asan yeyilməsi və daşımaqda üstünlüyü ilə hər yaş qrupu tərəfindən
çox sevilən bananın qara rənginin daha çox xeyirli olduğunu qeyd ediblər. Kalsium
deposu olan banan təzyiqi salma, ürəyi aritmiyalardan qorumaq, əzələ
gücsüzlüyünü azaltma kimi faydalarıyla yanaşı güclü sümük quruluşunu da təmin
edir. Çünki güclü bir skelet sisteminə malik olmaq təkcə kalsium və D vitamini
ilə bağlı deyil. Sağlam sümük quruluşu üçün orqanizmin kalsiuma da ehtiyacı var.
Dolayısıyla kalsiumla zəngin meyvə olması güclü bir sümük quruluşuna yardım
edir.

sayt
xəbər verir ki, qida ekspertləri xoşbəxtlik meyvəsi hesab olunan bananın stressə
qarşı da yaxşı təsir etdiyini bildiriblər. İş günlərində tələsərək aç qarına
evdən çıxmaq əvəzinə bir balaca boy banan yemək sizin stressiz və sakit bir gün
keçirməyinizə yardım edəcək. Eyni zamanda 
gün ərzində ac qalmaqdansa bir banan yemək yorğunluğunuzu aradan qaldıracaq.
Banan həmçinin liflə zəngin olduğuna görə bağırsaq funksiyalarını
tarazlaşdıraraq qəbizliyə də ishala da yaxşı təsir edir. Bağırsağın probiyotik
gücünü də artıraraq immunitet sisteminə dəstək olur.

Qabığı
qaralmış bananlar isə güclü antioksidant təsirə malikdir. Banan nə qədər çox
qaralıbsa, demək bir o qədər antioksidantla zəngindir. Məhz bu xüsusiyyətinə görə qaralmış bananları xərçəngə qarşı qoruyucu vasitə kimi qəbul etmək lazımdır.

Belə bananlar
yüksək kalori və karbohidratlarla zəngindir, həmçinin glisemik yük baxımından
diqqətlə istifadə olunmalıdır. Buna görə artıq çəki, şəkər və böyrək
çatışmamazlığı olanlar banan istifadə edərkən yanında zülallı qidalar da qəbul
etməyi unutmamalıdır. Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler