Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağlı “qanuni oğru” Rusiyanı Rasputin rüsvayçılığından neçe qurtardı? – TARİX

22 Ağustos 2016

6:36 pm


22/08/2016 [22:33]: xeber –
İlk “qanuni oğru” Şeyx Şamilin yanında dəfn edildi – Milli mason lideri ilə söhbət…V  yazıÖncə xatırladaq ki, milli mason lideri Oqtay Eldəgəzlə keçmiş söhbətimizin ötən hissəsində qarabağlı qorxmaz “Bəbir”imiz, ilk “qanuni oğru” Ürfan bəyin əl – ayağına dolaşan bir Sibir “müjik”indən bəhs etmişdik. At oğrusu, fırıldaqçı olmasına rəğmən şar II Nikolayın sarayına yol tapa bilmiş, çariça Aleksandranın məhəbbətini qazanmış, hakimiyyət idarəçiliyini ələ alaraq əndrəbadi oyunlar çıxaran, məhz buna görə də dünyaca məşhurlaşan, bu gün də haqqında qondarma əfsanələr dolaşan “Rasputin” ləqəbli bir məxluqat… Təsadüfi deyil  ki, ölkəmizdə də alkoqol  həvəskarları “Rasputin” kəlməsini eşidən kimi yadlarına 90-cı illərdə populyar olan eyni adlı rus “vodka”sının  bəzəkli şüşəsi düşür…   Azərbaycanlı “Bəbir”in çariça ilə rəqs etməsi Rasputini yandırırdı… Onun da yadınıza salaq ki, Azərbaycanlı balası, ilk “qanuni oğru” Ürfan bəy Tümendə türmədə yatarkən bir “hərif”i döydüyünə görə başabəla Rasputinin dərsini vermişdi. Həbsdən azad olunduqdan sonra  Peterburqda bir məclisdə “Bəbir”lə (“Pantera”) qarşılaşan Rasputin onun qarşısında diz çöküb yalvarmışdı ki, at oğrusu olduğunu, türmədə döyüldüyünü heç kəsə deməsin. Lakin 1907-ci ildən bəri artıq Nikolay sarayına yol tapan Rasputin özündə “Pantera” ilə qarşılaşmağa “cəsarət” tapır… Oqtay əfəndinin sözlərinə görə, Ürfan bəyin tez-tez saraya gəlişi və hər dəfə çariça ilə rəqs etməsi arxalı Rasputini təbdən çıxarır, onu iddiaçılıq və qısqanclıq alovunda yandırırdı. Amma Rasputin “Pantera”dan it qulaq kəsəndən qorxan təki qorxurdu. At oğrusu “Pantera”ya “lap ağ eləmisən, ha!” – dedi və…Bir kərə yeni il qabağı karnavalda artıq dözə bilməyən  oynaş at oğrusu Nikolayın arvadı ilə rəqs edən həmyerlimizə yaxınlaşmış və ona “lap ağ eləmisən, ha!” demişdi. Bu da Rasputinin iyrənc taleyində son nöqtəni qoydu. I Dünya savaşı əyyamında saraydakı, cəmiyyətdəki mənəvi düşkünlük hamını, xüsusən hərbi dairələri hiddətləndirir və rasputinçiliyin axırını labüdləşdirirdi. İradəsiz çar II Nikolayda təpərin olmaması Ürfan bəylə çariça oynaşının şəxsi düşmənçiliyinin sonuna rəvac verdi…  Qarabağlı balası Rusiyanın canını Rasputindən qurtardı…1916-cı il dekabrın 30-da saat 16.00 radələrində  lopa-lopa qar yağan sakit havada Rasputinin və onun cangüdəninin əyləşdiyi bəzəkli kareta Nevski prospektində körpüdən keçərkən gözlənilmədən pilləyə bir şəxs sıçradı. O, Rasputinə sarı 3 güllə ataraq aradan çıxdı. Qətl vaxtı “Pantera”nın yanında  niyyətindən xəbərsiz olmayan dostları: nazir V.M.Purişkeviç və böyük knyaz D.Pavloviç də vardı. Lakin bircə onu həbs etdilər. Buna baxmayaraq Rusiya və müttəfiqləri sevinirdi, çünki bu olay ölkəni və ordunu düşkünlükdən, dağıdıcı çalxalanmadan qurtarmalı idi. Yəni hüquqi baxımdan qarabağlı balası  Ürfan Yusifli cinayətkar olsa da, Rasputinin əsl kimliyini bilən yüksək çinli məmur və hərbçilərin, xüsusən də xalq kütlələrinin gözündə bir qəhrəman idi… Odur ki… “Bəbir” Petropavlovsk zindanından Türkiyəyə necə qaçdı?…Yeni ildən sonra Petropavlovsk qalasında istintaqın üçüncü günü “Bəbir”ə quşqonmaz zindandan qaçış imkanı verildi. Aydındı ki, qaçışın təşkili ən ali məqamdan gəlmişdi. İlk “qanunda oğru” bir də gözünü açdı ki, on kazak süvarisinin əhatəsində Türkiyənin Qars şəhəri həndəvərindədir… “Qanuni oğru” Məkkədə tövbə etdi…İstanbulda bir az dincələn Ürfan bəy ordan Məkkə şəhərinə yollandı. Tövbələr edərək Məkkə ziyarətini başa vurub hacılar cərgəsinə qoşuldu. Və Peyğəmbər əleyhissəlamın dəfn olunduğu Mədinə şəhərində daima yaşamağa başladı. Dəyərli oxucular unutmayıbsa, II Nikolayın babası I Nikolay Qafqaz xalqlarının azadlıq mücahidi Şeyx Şamili azad etdirərərək buraya göndərdiyi  kimi, nəvə II Nikolay  da Ürfan bəyi eyni istiqamətə yola salmışdı.  “Vor-zakon” dünyasından Yaradanın hökmü ilə baş alıb müqəddəs İslam məkanlarına gəlib çıxan mühacirimiz Hacı Ürfan İbrahim oğlu Yusifli dul ərəb qadınıyla evlənmiş, bir oğlu doğulmuşdur. Təəssüf ki, bu qeyrətli azərtürk balasını ruslar tarixə Fyodor Fyodoroviç Yusupov (1849-1931) kimi yazıblar. Maraqlıdır ki, “fyos” yunanca “ruh”, “doros” isə “təmiz”  deməkdir. Bu qoşa ləqəbi ona rus mühiti vermişdi… Mədinədə dünyasını dəyişdi və Şeyx Şamilin məzarının sağ yönündə torpağa tapşırıldı…Ürfan – “Fyodor” – “Pantera” əfsanəsi dünyasını öz əcəli ilə 1931-ci ildə elə Mədineyi-münəvvərədə, 82 yaşında dəyişdi. Və taleyin gərdişinə baxın ki, ilk “qanuni oğru” olan bu qarabağlı balası dağlar oğlu Şeyx Şamilin məzarının sağ yönündə torpağa tapşırılmışdı…“Sanka Zver” də, sabirabadlı Hikmət də “Pantera”nın ilk “qanuni oğru” olmasını təsdiqləyib…Bəlkə də Hacı ÜrfanYusiflinin ilk “qanuni oğru” olmasına istəkli oxucularda şübhə yarana bilər. Odur ki, söhbətimizin sonunda Azərbaycan tarixinin işğalçı imperiyalar tərəfindən gizlədilmiş dürlü-dürlü sirlərinə vaqif olan MAQ  rəhbəri, milli masonçuluq lideri Oqtay Eldəgəzin hələ bizə danışmazdan xeyli öncə öz əli ilə makinada çap etdiyi bu cümlələrini nəzərinizə çatdırırıq: “Bu sətirlərin yazarı 60-cı illərin sonunda “qanuni oğru”lar “Sanka Zver” ləqəbli Cabir bəydən (Zığ köyü), “Moryak” ləqəbli Əzizağa bəydən (Xilə, yaxud Əmircan köyü) və 1996-cı lin yayında “Molniya” ləqəbli Hikmət  bəydən (Sabirabad, anası Xiləli) “Rusiyada, bütün keçmiş sovet məkanında və ümumiyyətlə, dünyada ilk “qanuni oğru” kimdir?” soruşduqda üçü də “Pantera” cavabını vermişlər. Və əlavə etmişlər ki, onun dustaqları təbəqələrə ayırma və “oğru” qanunları nəzəriyyəsi cüzi də olsa, dəyişikliyə uğramamışdır. O ki, qaldı “Bəbir”in tarixi qaynaqlarda Azərbaycan türkü kimi tanınmamasına, rus işğalçı imperiyasında millətimizi “müsəlman”, “Qafqaz müsəlmanı”, “tatar”, indiki rusbaşlı Xudayarbəylər mühitində isə xalqımızı mikoyancasına “azərbaycanlı” adlandırmayblarmı?.. Qarabağda hayk “hərifləri”ni əzəcək yeni “Bəbirlər” doğulacaq…Daşnak gədələriylə müttəfiqlik işini bir yerə qoyan yaddaşsız və yalavac Rusiya heç də atılıb-düşməsin. Zira, “Pantera” sayaq ərən oğullar yetirən Azərbaycanın hər odasından, bir ağdamlı – kolanılı, kəlbəcərli, laçınlı, şuşalı, zəngəzurlu… çıxacaq, inşallah. Bu kəz onların döyülmə hədəfləri hayk “hərifləri”, “sudakları” və sonunculara ilan zəhəri verən rus kərtənkələləri olacaq…”Sultan Laçın, xüsusi olaraq sayt üçün


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler