Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağla bağlı xoş xeberler alacağıq – Salukvadze

13 Temmuz 2016

4:40 pm


13/07/2016 [20:38]: xeber –
Rusiya-Türkiyə münasibətlərinin normallaşması fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin sürətlənməsi bir çox məsələlərdən xəbər verir. Problemin həlli ilə bağlı proseslərdə Rusiyanın rolu xüsusilə artıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana səfəri buna misaldır. Ümid etmək olar ki, yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı xoş xəbərlər alacağıq. Axar.az xəbər verir ki, bu sözləri hərbi-siyasi məsələlər üzrə gürcü ekspert Amiran Salukvadze ABŞ dövlət katibi Con Kerrinin Tbilisiyə səfəri və regional münaqişələrlə bağlı iyulun 13-də keçirdiyi mətbuat konfransında söyləyib. A.Salukvadze da bildirib ki, Con Kerrinin Tbilisiyə səfəri Gürcüstan-ABŞ münasibətlərinin inkişafı ilə əlaqəli olsa da, regiondakı münaqişələrin həllinə də təsirsiz ötüşməyəcək: “ABŞ da Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Hamı yaxşı bilir ki, sülh və sabitlik olmadan inkişaf da olmayacaq. Sülh və sabitlik olmadan ikitərəfli əməkdaşlığın inkişafından da danışmaq yersizdir”. Politoloq deyib: “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır və inanırıq ki, bu münaqişənin həlli digər problemlərin də tezliklə həllinə təkan verəcək. Bu gün Gürcüstanın və Azərbaycanın əraziləri işğal olunub. Bu münaqişələrin başlandığı vaxtdan 30 ilədək müddət keçib. Yeni nəsillər dünyaya gəlib, demək olar ki, nəsillər dəyişir. Amma bu dövlətlərimizin məsələyə baxışını dəyişməyəcək. Nə Gürcüstan, nə də Azərbaycan işğal faktı ilə barışmayacaq. Biz torpaqlarımızı azad edəcəyik, qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıdacaqlar. Bölgədə yenə də sülh və əmin-amanlıq bərpa olunacaq”. Politoloq vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli digər münaqişələrin də həllində bilavasitə açar olacaq. O, ölkəsinin radioaktiv tullantılar və maddələrin satışı üçün poliqona çevrilməsi ilə bağlı məlumatları əsassız sayıb: “Gürcüstan tranzit ölkədir və bizim ərazilərimizdən çoxlu sayda gizli və açıq şəkildə müxtəlif məhsullar daşına bilər. Bu, heç də ölkənin poliqona çevrilməsi anlamına gələ bilməz. Gürcüstan hökuməti buna imkan verməz. Radioaktiv maddələr satmaq istəyən qrupların saxlanılması və digər cinayətkar dəstələrin ifşa olunması buna parlaq misaldır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler