Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağda mason lojası açıldı? – GÖZLƏNİLMƏZ…

06 Temmuz 2016

1:16 pm


06/07/2016 [17:13]: xeber –
KİV-dəki
son məlumatlardan bəlli olduğu kimi, ötən ayın sonunda Bakıda  guya masonların məxfi toplantısını keçirmiş “Rusiya
Böyük Mason Lojası”nın ustadı Andrey Boqdanov 2015-ci ilin iyulunda Azərbaycan
tərəfinə müraciət etmədən işğal altındakı torpaqlarımıza da səfər etmişdi. Azərbaycan
jurnalistlərinin suallarına cavabında 
Xankəndinə getməkdə məqsədinin yalnız həyat yoldaşının 1976-cı ildən bəri
heç bir qohumunun  baş çəkmədiyi
babasının məzarını ziyarət etmək olduğunu buldirmiş A.Boqdanov orada heç bir rəsmi  görüş və toplantı keçirmədiyini də vurğulamışdı…

sayt
bu istiqamətdə araşdırma apararaq maraqlı məlumatlar əldə edib.

Mason lideri adi turist kimi Xocavənddə
də olub…

İyulun
3-də  Dağlıq Qarabağdakı qondarma  və separatçı “DQR” rejiminə qarşı qatı müxalif
mövqeyi ilə seçilən və buna görə həbc və təqiblərə məruz qalan, qəzetinin çapı
dayandırılan “Tretya sila plyus”(“Üçüncü qüvvə plyus”) qəzetinin baş redaktoru Vaqram
Ağacanyan beynəlxalq xəbər agentliklərindən birində dərc etdiyi məqaləsində  Andrey Boqdanovun Qarabağ səfərinin gerçək
mahiyyətini açmağa çalışıb. O, araşdırmalarından belə nəticəyə gəlib ki, Rusiya
mason liderinin Xankəndinə səfərdə əsl məqsədi Qarabağda mason lojasının əsasını
qoymaq olub. Jurnalist əvvəlcə ona hiddətlənir ki,  Qarabağ erməniləri ustad masonun  səfərindən yalnız Azərbaycan jurnalistlərinin
yazılarından sonra xəbər tutublar. V.Ağacanyana məlum olub ki, baş rus masonu
heç kəsdən gizlənmədən Xankəndi ilə yanaşı, 
Xocavəndin də görməli yerlərini gəzib. Erməni kilsələrini ziyarət edib.
Bir sözlə, özünü adi turist kimi aparıb.

Cənab Boqdanovun xanımı özü niyə
babasının məzarını ziyarətə gəlməyib?

Erməni
jurnalist Rusiya mason liderinin səfərindəki maraqlı  məqamlara toxunur:

”Sadəcə,
tam aydın deyil; nəyə görə Rusiya masonlarının liderinin xanımı İrina
Boqdanovanın(çox güman ki, əslən Qarabağ ermənisidir-S.L.) özü  babasının məzarını ziyarət etmək istəməyib və
yalnız ərini ezam etdirib?..

Ən
maraqlısı isə cənab Boqdanovun Xankəndində Valleks Qarden hotelində
qalmasıdır.  Həmin mehmanxana Rusiya-“erməni”(müəllif
yəqin qəsdən, istehza ilə bu sözü dırnaq içində yazır-S.L.) təşkilatı tərəfindən
tikilib. Və ziyalı dili ilə  desək, artıq
uzun illərdir ki, bu təşkilat qarabağlıların canını onların zəngin qızıl
ehtiyatlarından qurtarır…”

Rusiya masonlarının başçısı Xankəndində  biznesmen (?) Q.Sterliqovla eyni hoteldə qalıb?

V.Ağacanyan
onu da vurğulayır, guya tam təsadüfən həmin günlər Rusiya mason ustadının dayandığı
eyni hoteldə Qarabağ ermənilərinin məşhur qonağı, məlum rus biznesmeni(?)
Qerman Sterliqov da qonaq olub. Amma yenə də təsadüfən    eyni mehmanxanada qala-qala biri-birini
görməyiblər…

Qarabağda mason rəmzli mehmanxana var
imiş…Bundan
sonra erməni redaktor adı çəkilən hotelin üzərindəki mason rəmzlərini təsvir
edir:  “Binanın fasadında  əsas
mason simvollarından biri olan Nursaçan Deltanı görmək olar. Bu işərisində Hər
şeyi Görən Gözün işarəsi olan üçbucaqdan ibarətdir.  Mehmanxananın girişində  Yahin və Boaz adlı qədim bütləri əks etdirən
iki  sütun var. Bu sütunlar Yerusəlimdəki
Süleyman məbədində olmuş iki sütunun analoqudur…”

Həm Rusiya, həm Ermənistan mason lojalarını
Fransa lojası təsis edib…

Daha
sonra Ermənistan mason lojasından  bəhs
edən  V.Ağacanyan həm “Ermənistan Böyük
Lojası”, həm də A.Boqdanovun rəhbəri olduğu “Böyük Rusiya Lojası”nın “Fransanın
Böyük Şərqi” adlı eyni milli fransız lojası tərəfindən təsis edildiyini
vurğulayaraq yazır:”Bəs bütün bunların rus masonları liderinin Qarabağ səfəri ilə
nə əlaqəsi var? Məsələ ondadır ki, “Böyük Rusiya Lojası” 24 iyun 1995-ci ildə  Moskvada təsis edilmişdir. Onun təsisçisi   “Fransanın Böyük Şərqi” milli fransız lojası
olub.

Gürcüstan və Abxaziya lojaları Rusiya
lojasının filiallarıdır…

2013-cü
ilin əvvəlində isə “Böyük Rusiya Lojası” öz növbəsində “Kavkaz” Distriktini(Fransa
və bəzi Qərb digər ölkələrində inzibati-ərazi vahidi anlamında işlənir-S.L.) təsis
edib.  Həmin quruma iki loja -Gürcüstan və
Abxaziya lojaları daxil idi. 14 mart 2015-ci ildə Tiflisdə “Böyük Rusiya
Lojası”nın  bilavasitə iştirakıyal tarixdə
ilk milli gürücü lojası olan “Gürcüstan Böyük Lojası” yaradıldı. Bu minvalla
Rusiya lojası gürcü lojasının “anası” rolunu ifa edir.  Və belə çıxır ki, ümumi ana loja olan  Fransa lojası hələ Rusiya təsiri qalan
postsovet məkanında filiallarını yaratması üçün rus lojasına xeyir-dua verib…”

 Qarabağ
lojası  həm Fransa, həm Rusiya
lojalarının təsiri altındadır…

“…Bu
o demək deyilmi ki, cənab Boqdanov məhz bu məqsədlə 39 il sonra arvadının
babasının məzarını “yada salıb” və Dağlıq Qarabağda Firəngistan-Rusiya lojasını
açıb. Üzərindəki açıq mason rəmzlərinə görə elə Valleks Qarden mehmanxanası da
Dağlıq Qarabağda müvəqqəti mason məbədi deyilmi?..”-deyə V.Ağacanyan son nəticəyə
gəlir…

Bəlkə
də Qarabağ lojası ATƏT-in Minsk Qrupundakı iki həmsədr ölkənin  Qarabağ probleminin uzadılmasındakı rolunun
daha da gücləndiriliməsinə xidmət edir…

Bu
mövzuda araşdırmalarımızı davam etdirəcəyik, inşallah…

Sultan
Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler