Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağ tarixinin elektron salnamesi rus dilinde…

24 Haziran 2016

4:56 pm


24/06/2016 [20:55]: xeber –
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, əzəli yurd yerimiz olan Qarabağın tarixinin dünyaya dolğun şəkildə təqdim olunmasında internet resurslarının, xarici dillərdə elektron mənbələrin mühüm rolu var. “Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə də bu məqsədə xidmət edir. Layihə əsasında İctimai Birliyin www.azerbaycanli.org saytında rus dilində “Qarabağ tarixi” adlı elektron xronoqraf istifadəyə veriləcək.İctimai Birliyin rəhbəri, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, təşkilat tərəfindən 2010-cu ildə Azərbaycan internet məkanında ilk dəfə Qarabağ tarixinin elektron salnaməsi hazırlanıb. Onun sözlərinə görə, yeni layihə həmin xronoqrafın zənginləşdirilməsini və rus dilinə tərcümə edilməsini nəzərdə tutur: “Elektron toplu Qarabağın ən qədim zamanlardan bu günədək tarixini xronikal qaydada əhatə edəcək. Bu tarixin mühüm hadisələri – Qafqaz Albaniyası, Orta əsrlər, Səfəvilər dövrü və digər mərhələlərdə Qarabağın Azərbaycan torpağı olması, Qarabağ xanlığı, 1805-ci ildə xanlığın çar Rusiyası tərəfindən istila edilməsi, bölgəyə ermənilərin köçürülməsi, sonrakı proseslər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanın sovetləşməsi dövründə Qarabağda baş verən hadisələr, Qarabağın dağlıq hissəsində muxtar vilayətin yaradılması və sovet dövrü xronoqrafda təfərrüatı ilə əksini tapacaq. Topluda 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlanan Dağlıq Qarabağ münaqişəsi və ötən müddətdə cərəyan edən proseslər, sülh danışıqları ilbəil əhatə olunacaq”.Xatırladaq ki, elektron xronoqraf İctimai Birliyin 2009-cu ildən QHT Şurasının dəstəyi ilə həyata keçirdiyi “azerbaycanli.org – milli eyniyyətdən qlobal dünyaya pəncərə” internet layihəsinin növbəti mərhələsidir. Ötən müddətdə bu çərçivədə Azərbaycan və rus dillərində “Bizim təqvim”, “Qarabağ tarixi”,  “Qarabağ ədəbiyyatı”, “Mədəniyyət gündəliyi”, “Azərbaycançılıq – bizi birləşdirən dəyər” və digər toplular hazırlanıb.Elxan Salahov




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler