Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qarabağ: tarixi ve medeni irsi” mövzusunda konfrans keçirilecek

09 Kasım 2016

4:24 pm


09/11/2016 [20:20]: xeber –
2016-cı ilin 10-11 noyabr tarixində “Holiday Inn” mehmanxanasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və İslam Əməkdaşlıq Təşkilatının  İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Qarabağ: tarixi və mədəni irsi” mövzusunda elmi konfrans keçiriləcəkdir. Konfransın açılışı 10 noyabr saat 09:30-da keçiriləcək.Konfransda İslam Əməkdaşlıq Təşkilatının  İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin baş katibi Halit Eren, Mərkəzin Memarlıq İrsi üzrə Baş Katibinin müşaviri Amir Pasic, Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının nümayəndələri və bir sıra beynəlxalq ekspertlərin iştirakı və məruzə ilə çıxışı nəzərdə tutulur.Konfrans çərçivəsində “Tarixdə Qarabağ”, “Qarabağın Memarlıq İrsi”, “Qarabağ Ermənistanın hərbi işğalı altında: qiymətləndirmə və nəticələr” və “Qarabağ incəsənəti və mədəni irsinin Azərbaycan identikliyi” mövzusunda sessiyalar keçiriləcəkdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler