Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qarabağ sammiti”, yoxsa rus imperializminin “yumşaq güc” nümayişi?

21 Haziran 2016
6:52 pm


21/06/2016 [22:50]: xeber –
Prezidentlərin Sankt-Peterburq görüşü arxada qaldı. Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları jurnalistlərə Qarabağ probleminin həll olunacağına ümid və arzularını çatdırdıqdan sonra qapalı müzakirəyə çəkildilər. Bu qapalı görüşdən hər hansı məlumat verilmədiyindən, problemin perspektivləri barədə də mülahizə yürütmək mümkün deyil. Bilinən yeganə mətləb isə ondan ibarətdir ki, üçtərəfli görüşdə konfliktin danışıqlar yoluyla həllinə və bu istiqamətdə müzakirələrin intensivliyinin artırılmasına qərar verilib.Başqa sözlə desək, atəşkəs elanından bu yana sürdürülən “nə sülh, nə hərb” siyasətinin davam etdiriləcəyi və Qarabağdakı mövcud vəziyyətin dəyişdirilməyəcəyi gün kimi aydındır.Əslində burada qeyri-adi bir hal da yoxdur. Zatən, Sankt-Peterburq görüşündən nəsə gözləməyə də dəyməzdi. Həm Rusiya, həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirlərinin ümiddolu açıqlamasına baxmayaraq, Kreml üçün Qarabağ probleminin həlli qətiyyən maraqlı deyil. Moskva bu problemə Cənubi Qafqazın “qulpu” kimi baxır və bu qulpdan yapışaraq onu əlində saxlamağa çalışır. Sözsüz ki, həmin “qulp” qırılarsa və ya Kremlin əlindən çıxarsa, Rusiya Qara dənizdən Xəzərə qədər uzanan böyük bir ərazini itirmiş olar. Bu “arzuolunmaz” perspektivin qarşısını almaq üçün isə o, illərlə gah səngiyən, gah da aktivləşən münaqişəni həll etməyə çalışmayıb və çalışmayacaq.Deməli, prezidentlərin Sankt-Peterburq görüşünün əsas məqsədini tamamilə ayrı mətləblərdə axtarmalıyıq.Bəs, söhbət hansı mətləblərdən gedir?Sözügedən görüşün Sankt-Peterburqda təşkil olunan Beynəlxalq İqtisadi Forum çərçivəsində keçirilməsi əslində yuxarıdakı suala cavab verir və əsil məqsədə işıq tutur. Adını zorla “Qarabağ sammiti” qoymağımıza baxmayaraq, həmin forum çərçivəsində keçirilən bütün görüşlərin hədəfi Rusiya ilə iqtisadi əməkdaşlıq potensialını artırmağa yönəlmişdi. Prezident İlham Əliyevlə Vladimir Putinin təkbətək görüşündə də bu mətləb öz əksini tapıb. Xatırladaq ki, Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinin son zamanlar azaldığına diqqət çəkən Vladimir Putin bunun obyektiv səbəblə bağlı olduğunu vurğulayıb:“Bu gün müzakirə edəcəyimiz problem bəllidir. Bu, bizə çoxdan qalan Qarabağ problemidir. Lakin mən görüşümüzdən istifadə edib ikitərəfli münasibətlərimiz haqqında danışmaq istəyirəm. Bizə məlum olan səbəblərdən, təəssüf ki, ticarət dövriyyəmizin aşağı düşməsini müşahidə edirik. Ticarət dövriyyəsinin aşağı düşməsinə səbəb enerji daşıyıcılarının qiymətinin ucuzlaşması və eləcə də milli valyutaların məzənnəsi arasındakı fərqdir”.Putinin dilə gətirdiyi bu fikirlər Qarabağ probleminin əslində bəhanədən başqa bir şey olmadığını açıq şəkildə ortaya qoyur. Görüşün əsil səbəbinin isə bu bəhanədən istifadə edərək, xatırladılan iqtisadi amillə bağlılığı ortaya çıxır.Putinin İlham Əliyevlə görüşdə gündəmə gətirdiyi digər bir məsələ isə ikitərəfli əməkdaşlığın humanitar perspektiviylə bağlı olub. Azərbaycanda rus dilinin qorunması və inkişafına göstərilən diqqətə görə həmkarına təşəkkür edən Rusiya prezidenti deyib:”Bilirik ki, Azərbaycanda rus dilinin öyrənilməsinə necə həssas yanaşılır. Bizim ali məktəblərin filiallarının necə uğurla fəaliyyət göstərdiyini bilirik. Bütün bunları yüksək qiymətləndiririk. Ümid edirəm ki, belə işlər bundan sonra da bütün istiqamətlərdə davam etdiriləcək”.Fikirimizcə, ikitərəfli münasibətlərin iki fərqli aspekti kimi görünsə də, əslində iqtisadi əməkdaşlıq ilə humanitar, mədəni əlaqələrin yaradılması eyni siyasətin tərkib hissəsidir. Söhbət “yumşaq güc” siyasətindən gedir.Bəs, “yumşaq güc” nədir?İndiyə qədər bütün imperialist qüvvələrin müstəmləkələr üzərində apardığı siyasətlərə nəzər salanda iki əsas güc amilinə söykəndiklərini görürük. Bu amillərdən biri zorakı, digəri isə “yumşaq güc”dür.Zorakı güc amili imperializmin ən klassik formasıdır. Demək olar ki, 20-ci əsrin ortalarına qədər bütün imperialist qüvvələr bu amilə söykənərək, ərazilərini böyüdür, xalqları və millətləri zorla özlərinə tabe etdirirdilər. 19-cu əsrin alman dövlət adamlarından olan Otto Fon Bismarkın 1862-ci ildə parlamentdə etdiyi ilk çıxışında dilə gətirdiyi fikirlər zorakı gücün mahiyyətinə tam mənasilə işıq tutur:“Hədəflərimiz almanların milli birliyini qurmaq siyasətlərini müzakirə etməklə, nəğmələr söyləməklə reallaşa bilməz. Məqsədimizə gedən yol qan və qılıncdan keçir”.20-ci əsrin əvvəllərində ölkəsinin bütövlüyü uğrunda mübarizəyə başlayan Çin Kommunist Partiyasının lideri Mao Zedonq da “gücün yalnız silahların lüləsində toplandığına” inanırdı.II Dünya müharibəsindən sonra isə yalnız zorakı güc faktoruna əsaslanmağın böyük problemlər yaratdığını, bu mübarizədən həm də imperialist qüvvələrin ciddi zərər gördüyünü anlayan böyük dövlətlər müstəmləkəçilik siyasətlərini dəyişməyin, əllərində saxlamağa çalışdıqları xalqlar və millətlərlə həm də yumşaq dillə danışmağın vacibliyini anladılar. Beləcə, “yumşaq güc” anlayışı ortaya çıxdı…Yeni siyasətin ortaya çıxmasında ABŞ imperializminin xüsusi rolu oldu. Çünki ABŞ dövlət adamları zorakı güclə yanaşı, yumşaq gücü birgə həyata keçirməyin vacibliyinə inanırdılar. Bunun başlıca səbəblərindən biri də ABŞ-ın “kommunizm kabusuna” qarşı Rusiyayla girdiyi soyuq müharibədə özünə tərəfdar qazanmaq istəyiylə bağlıydı. Bununla belə, dünyanın digər böyük dövlətlərindən fərqli olaraq, yumşaq gücə daha çox əhəmiyyət verən ABŞ-ın dünya hegemonluğu uğrunda mübarizəsində də zorakı metodlar ön planda dayanırdı. Bu iddianı ölkənin 36-cı prezidenti Lindon Consonun çıxışlarından birində söylədiyi aşağıdakı fikirlər də təsdiqləyir: “Əgər bir şeyi mərmi sayəsində ələ keçirməyi bacarırsansa, qəlblər və fikirlər də bu nailiyyəti təqib edər”.Sabiq prezidentin bu fikirləri zorakı gücə daha çox əhəmiyyət verdiyini, amma silahla əldə edilən qələbəni davamlı qılmaq üçün mütləq qəlb və fikirləri qazanmağın da vacibliyini göstərirdi.Maraqlıdır ki, Rusiya da son zamanlar öz keçmiş hegemonluq məkanlarında hər iki gücdən istifadə etməyə çalışır. Bir tərəfdən bölgələrdə yaratdığı konfliktlərlə keçmiş müstəmləkələri üzərində zorakı basqılar qurur, digər tərəfdən isə həmin ərazilərdə öz mədəniyyətini yaymağa, dilini qorumağa can atır.Rus dili və mədəniyyətinin inkişafı və qorunması müasir rus imperializminin təkcə hədəfi yox, həm də bəhanəsi kimi ortaya çıxır. İki il bundan əvvəl Ukraynanın müəyyən ərazilərini işğal edən və onun Qərbə yönəlməsinin qarşısını almağa çalışan Moskvanın əsas bəhanəsi də elə Kiyevin rus dilini və rusdilliləri sıxışdırması faktı olmuşdu. Kremlin Qazaxıstanda eyni ssenarini həyata keçirmək istiqamətində sərgilədiyi mövqedə də dil amilinin ön plana çıxarıldığını görürük. Müstəqillik illərindən sonra Qazaxıstanda getdikcə rusdillilərin sayının azalması, etnik rusların ölkə əhalisinin 50%-dən 30%-ə düşməsi Moskvanı “narahat edən” əsas məsələlərdən biridir.Keçmiş müstəmləkələrdə rus dilinin inkişafı və qorunması kimi amillərin müasir rus imperializminin əsas hədəflərindən biri olduğunu, bunun üçün lazım gələrsə müharibəyə belə girməkdən çəkinməyəcəyini ölkənin ən nüfuzlu siyasət adamları da etiraf edirlər. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun verdiyi bir bəyanat bunun ən bariz nümunələrindədir. Xanım siyasətçi iyun ayının 4-də səsləndirdiyi açıqlamasında vurğulayırdı ki, keçmiş SSRİ respublikalarında dil və mədəniyyət sahələrində rusdilli əhali təzyiq obyektinə çevrilib və Moskva buna laqeyd qala bilməz.Göründüyü kimi, Matviyenkonun bu fikirlərinin üzərindən az keçməmiş, onun bir zamanlar merlik etdiyi Sankt-Peterburda sammit keçirilir və Rusiya prezidenti həmin sammit çərçivəsində görüşdüyü Azərbaycan prezidentinə ölkəmizdə rus dilinin qorunması və inkişafı üçün göstərilən səylərə görə minnətdarlığını bildirir. Biz isə hələ də bu görüşü “Qarabağ sammiti” adlandırırıq… Heydər OğuzStrateq.azHeydər Oğuz – yazarın arxivi




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler