Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağ qazisinden Mehkeme Hüquq Şurasına onu şoka salan hakimlerle bağlı ŞİKAYƏT

10 Ağustos 2016

7:24 am


10/08/2016 [11:21]: xeber –
25 il polis orqanlarında qüsursuz xidmət keçən Qarabağ müharibəsi veteranı Bəşirov Eldar Aydın oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsində üzləşdiyi qanunsuzluqlarla bağlı Məhkəmə Hüquq Şurasına şikayət edib.Mətni sayta daxil olan şikayət məktubunda keçmiş polis işçisi misligörünməyən dələduzluq əməli ilə üzləşdiyini və bununla bağlı Ağcabədi rayon polis şöbəsində Məlikov Nicat Şakir oğlu haqqında Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılmasına baxmayaraq hakimlər korpusunun az qala zərərçəkmiş kimi dələduzun özünü tanımaq üçün dəridən-qabıqdan çıxdıqlarından heyrətini ifadə edir, Məhkəmə Hüquq Şurasının rəhbərliyindən baş verənlərə qarşı adekvat tədbirlər görülməsini xahiş edir. Ona qarşı edilən dələduzluğun qısa mahiyyəti belədir: 2015-ci ildə məhz təqsirləndirilən şəxsin sifarişi ilə Almaniyadan gətirərək 16 min 500 ABŞ dolları dəyərində qiymətləndirilən əla vəziyyətdə olan  2009-cu il istehsalı olan “Ford Tranzit” mikroavtobusu həmin şəxsə satsa da bir il ərzində bir manat da ala bilməyib, etibardan sui-istifadə edən Nicat Məlikov müxtəlif bəhanələrlə həmin pulu ödəməkdən boyun qaçırıb. Bir il ərzində rayonda seyid, ağsaqqal-qarasaqqal qalmayıb minnətə gətirsinlər, hər dəfə də 15 günlük möhlət istənilsə də verilən vədlər quru sözdən uzağa getməyib. Çarəsiz qalan zərərçəkən polisə müraciət edib və bəlli olub ki, cavabdeh bundan başqa daha bir neçə rayon sakinindən etibardan sui-istifadə yolu ilə pul alaraq verməkdən imtina edib. Bütün bunları görən rayon polis şöbəsinin müstəntiqi ortada gün kimi dələduzluq faktı olduğunu görərək tərəddüd etmədən dıələdzuluq maddəsi ilə cinayət işi başlayıb, istintaqı yekunlaşdırıb məhkəməyə göndərib. Amma məhkəməyə verilən Nicat Məlikov bildirib ki, sənə verəcəyim pulu məhkəmələrə xərcləyəcəm, ancaq sənə bir qəpik də ödəməyəcəm. Deyəsən, təqsirləndirilən şəxs bu dəfə dediyi sözə əməl edib və elə buna görədir ki, bu qədər ağır cinayət törətməsinə və zərərçəkmişə külli miqdarda zərər vurmasına baxmayaraq hələ də azadlıqda gəzir, hətta məhkəməyə qarşı da hörmətsizlik edərək bir dəfə prosesə gələndə o biri dəfə gəlmir, buna görə də hakimlər guya prosesdə onun qarasınca danışsalar da tələb olunan real addımı – təqsirləndirilən şəxslə bağlı həbs qətimkan tədbiri seçilməsini “lazım bilmirlər”. Elə şikayətçini də yandıran bu məqamdır və onu əlindən çıxan o boyda puldan daha çox Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin (sədr Quliyev Nizami Fərzi oğlunun, Cəfərov Rafiq Musa oğlunun, Nuriyev Xanməd Abış oğlunun) təqsirləndirilən şəxsi maksimum qorumalarına izah tapa bilmir. Yeri gəlmişkən, şikayətçi bildirir ki, o hər il bir neçə dəfə Almaniyadan maşın gətirməklə dövlətə külli miqdarda – təxminən 40-50 min ABŞ dolları xeyir verib. Amma bir ildir ki, Nicat Məlikov onu bu imkandan məhrum edib, üstəlik həmin “Ford Tranzit” “Rabitəbank”ın rayon  filialından götürdüyü kreditlə Almaniyadan alıb gətirdiyinə görə hər ay banka 1070 (min yetmiş manat) faiz ödəyir, odur ki, hətta bu gün həmin avtomaşını ona qaytarıb versələr də banka borcunu qarşılayası deyil. Sual oluna bilər ki, bəs bu avtomaşın indi haradadır və kim onunla sərnişindaşıma ilə məşğul olaraq ayda 1000-1500 manat pul qazanır? Maraqlıdır ki, həmin avtomaşınla bir gün də sərnişin daşınmayıb və Azərbaycana gətirilib Nicat Məlikova satılandan (daha doğrusu peşkəş ediləndən) sonra o da aparıb “Muğanbank”a girov qoyaraq 10 min dollar kredit götürüb guya həbsə düşən dostunu həbsdən qurtarıb. Nəticədə “Muğanbank” da həmin kreditin ödənmədiyini görüb maşının üzərinə həbs qoyaraq qaraja götürüb. Beləliklə 10 aydır  ki, həmin “Ford Tranzit” günün qarşısında sahibinə qaytarılacağı günü gözləməkdən “heyva kimi saralıb”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler