Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağ nizamlanması üçün yegane kompromis – Yekun status ne olacaq?

17 Eylül 2016
6:52 am


17/09/2016 [10:50]: xeber –
Dağlıq Qarabağ problemi ətrafında “sülh, yoxsa hərb” dilemması yenidən aktuallaşıb. Münaqişənin həllində vasitəçi dövlətlərin ortaq kardinal səyləri gecikdikcə güc amili yavaş-yavaş, təzədən gündəmə qayıtmaqda, aktuallıq qazanmaqdadır. Bu da məntiqlidir, çünki istənilən sülhün alternativi müharibədir və əksinə.Bəs, hazırda nizamlama əldə olunması üçün şans və imkanlar necə görünür? Aprel döyüşlərindən sonra bu imkanlar qalırmı və çıxış yolu necə nə ola bilər? Rusiyalı tanınmış ekspertlərin bu yöndə maraqlı mülahizə və təxminləri var. ***“Qarabağ münaqişəsinin effektli və tam nizamlanması üçün bu gün yeganə yol kompromisdir”. Bu barədə konflikt ətrafındakı son durumu və sülh perspektivlərini “Vestnik Kavkaza” nəşrinə şərh edən rusiyalı politoloq-qafqazşünaslar bildiriblər. Lakin onlardan biri, siyasi məsləhətçi və tarixçi alim, daima Azərbaycanın haqlı mövqeyini müdafiə edən Oleq Kuznetsova görə, kompromislər axtarışı məsələsində xalqları və hakimiyyətləri ayırmaq lazımdır. “Əgər münaqişə tərəfləri qismində ölkələri nəzərdə tutsaq, o zaman mən əminəm ki, Azərbaycan və erməni xalqları birgə və dinc-yanaşı yaşamaq üçün kompromislər tapmağa qadirdilər. Yox, nəzərə alsaq ki, münaqişə tərəfləri siyasi rejimlərdir, o halda Ermənistandakı Köçəryan-Sərkisyan ”Qarabağ klanı” ilə Azərbaycandakı Əliyev komandası arasında heç bir kompromis ola bilməz. İş ondadır ki, mənim terrorçu hesab elədiyim Köçəryan-Sərkisyan rejimi üçün münaqişənin özü və müharibə amili təkcə siyasi yox, həm də fiziki mövcudluğun yeganə şərtidir”, – deyə analitik xatırlatma edib.Ekspert əldə olunacaq kompromisi Dağlıq Qarabağ konfliktinin yaranmasınadək olan vəziyyətə qayıdışda görür: “1988-ci ilədək olan situasiyanın bərpası və beynəlxalq hüquq normalarına müvafiq surətdə Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunu müəyyən eləmək lazımdır. Lakin bu zaman dünya standartlarına uyğun surətdə müxtəlif milli-mədəni muxtariyyətlərin verilməsi çərçivəsində sovet irsindən yan qaçmaq lazımdır. Düşünürəm ki, bu durum özünün real həll perspektivinə malikdir. Lakin bundan ötrü Ermənistandakı siyasi rejim keçiriləcək parlament seçkiləri və müvafiq vəzifələrə yeni rəhbərlərin təyinatından sonra demokratikləşməlidir”.Ekspert bu xüsusda daha sonra deyib: “Ermənistandakı konstitusiya islahatlarına müvafiq surətdə prezident üsul-idarəsindən parlamentli üsul-idarəyə keçid hakimiyyətdə hansısa balansı, həmçinin birinci şəxslərin bu balansa uyğun seçimini tələb edəcək. Çox vacibdir ki, bu respublikada parlamentli idarəçilik üçün açar postlara elə adamlar seçilsin ki, onlar nə Qarabağla və Qarabağ müharibəsi ilə əlaqəli olsunlar, nə də diasporun təsiri altında olsunlar. Ki, Ermənistanda yaşayan ermənilər daxili siyasi məsələləri özləri həll də bilsinlər. Məhz o zaman Qarabağ nizamlanmasında kompromislər üçün imkan açılacaq”.***Öz növbəsində Moskvadakı Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, politoloq, Rusiya İctimai Palatasının üzvü və  Putinin etibarlı şəxsi Sergey Markov “natamam ərazilərin natamam sülhə dəyişdirilməsi” kimi klassik kompromis formulu təklif edib: “Yəni Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarır, bunun qarşılığında Azərbaycan Ermənistanın və Dağlıq Qarabağın blokadasını götürür. Ardınca bölgənin hərbsizləşdirilməsi və status haqda danışıqlar başlayır – hansı status ki, uzaq perspektivdə referendum yolu ilə müəyyən ediləcək. Bu – açıq-aşkar kompromisdir. Onun formulu da prinsipcə əldə olunub. Bircə kompromisin şərtləri və detalları qalır. Məsələn, hamı razıdır ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarmalıdır, amma konkret neçə rayon məsələsində mübahisə var. Azərbaycan deyir ki, iki snayper gülləsi enində ”Laçın dəhlizi” istisna olmaqla bütün rayonlar boşaldılmalıdır. Ermənistan isə 5 rayondan danışır, nəticə etibarilə də qaytarılan rayonlar mühasirədə olacaq”.Putinin müşaviri ardınca bildirib: “Daha bir məsələ: hərbsizləşdirmə necə həyata keçiriləcək? Azərbaycanın şərti budur ki, bu, ilk növbədə Dağlıq Qarabağla Ermənistan arasındakı rayonlara aid edilsin. Əks halda, Qarabağın özü kifayət qədər mürəkkəb vəziyyətə düşəcək. Ermənistan isə istəyir ki, bütün sərhəd boyu hərbsizləşdirmə aparılsın və orada ATƏT müşahidəçiləri yerləşdirilsin – özü də Kiprdə yunan və türk icmaları arasındakı kimi, hərbi müşahidəçilər yerləşdirilsin. Azərbaycan isə Donbasdakı kimi mülki müşahidəçilərə üstünlük verir”.Politoloqun sözlərinə görə, üçüncü mübahisəli məsələ referendumda kimin səs verməsi ilə bağlıdır. “İrəvan istərdi ki, heç nə dəyişməsin və yalnız Dağlıq Qarabağda hazırda yaşayanlar və onların nəsilləri 20 il sonra statusu müəyyən eləsinlər (onlar isə Ermənistana birləşməyə səs verəcəklər). Azərbaycan isə istəyir ki, səsvermədə köçkünlər və onların nəsilləri də iştirak eləsin. Onlar isə sayca Qarabağ ermənilərindən 5 dəfə çoxdur”.***Göründüyü kimi, konfliktin həllində əsas mane Dağlıq Qarabağın yekun statusuna tərəflərin diametral fərqli yanaşması ilə bağlıdır. Azərbaycan təbii ki, heç vaxt öz ərazi bütövlüyünə xələl gətirəcək status variantına razılıq verməyəcək. Beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Bu xüsusda tarixçi-analitik Oleq Kuznetsovun kompromis təklifi (Azərbaycan tərkibində beynəlxalq normalara uyğun muxtariyyət variantı) yeganə optimal və ən real model kimi görünür.Sergey Markovun haqqında danışdığı təklif də prinsipcə ədalətli təsiri bağışlayır. Çünki politoloq Dağlıq Qarabağın uzaq gələcəkdə (təxminən 20 il sonra) statusun müəyyən edilməsində köçkünlərin və onların nəsillərinin iştirakının vacibliyinə toxunur. O halda təbii ki, səsvermədə iştirak edəcək erməni seçicilərinin azərbaycanlı seçicilərdən üstünlüyü mümkün olmayacaq. Bu isə köçkünlərin öz doğma yerlərinə qayıdışından sonra reallaşa bilər.Doğrudur, Markov azərbaycanlı köçkünlər deyəndə konkertləşdirməyib – söhbət Dağlıq Qarabağdan (Şuşadan və s.) olan məcburi köçkünlərdən gedir, yoxsa bura aran Qarabağ da daxildir. Hərçənd, bu da var ki, Azərbaycan konstitusiyasına görə, ölkənin ayrıca götürülmüş ərazisində referendum keçirilə bilməz.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler