Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağ münaqişesi neticesinde itkin düşen şexslerin sayı açıqlandı

05 Temmuz 2016

10:32 am


05/07/2016 [14:30]: xeber –
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3 811 nəfər itkin düşüb.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən xəbərə görə, qeydiyyata alınan həmin şəxslərdən 3 098 nəfəri hərbçilər, 713-ü mülki şəxslər, o cümlədən 61-i (20 nəfər qız, 41 nəfər oğlan) uşaqlar, 255-i qadınlar, 304-ü isə (158 nəfər qadın) qocalardır.Bundan başqa, 877 nəfərin əsir-girov götürülməsi barədə məlumatlar daxil olub. Onlardan 595-i hərbçilər, 282-si mülki şəxslər, eləcə də 27-si (7 nəfər qız, 20 nəfər oğlan) uşaqlar, 99-u qadınlar, 114-ü isə (65 nəfər qadın) qocalardır.Eyni zamanda, əsir və girovluqdan azad edilən şəxslərin sayı isə 1 436 nəfərdir. Onlardan 351-i hərbçilər, 1 085-i mülki şəxslər, eləcə də 210-u (74 nəfər qız, 136 nəfər oğlan) uşaqlar, 341-i qadınlar, 258-i isə (108 nəfər qadın) qocalardır.Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatından keçən itkin düşmüş şəxslərdən 3734 nəfəri Azərbaycan tərəfindən, 780 nəfəri isə erməni tərəfindəndir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler