Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qarabağ meselesinde Jirinovskiye “stavka” edilmemelidir…”

05 Ağustos 2016

3:16 pm


05/08/2016 [19:12]: xeber –

Xəbər
verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin avqust ayının 8-də Bakıya
planlaşdırılan səfərinin ardından Moskvada Ermənistan prezidenti Serj
Sarkisyanla görüşəcək. Bununla yanaşı, Qarabağ məsələsində hər zaman dəstəyini
hiss etdiyimiz qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da
Sankt-Peterburqa səfər edəcək.

Bu xəbərlərin
ardından insanların Dağlıq Qarabağ məsələsinin tezliklə həll olunacağı ilə
bağlı ümidləri bir qədər artıb. Ehtimal olunur ki, Rusiya Dağlıq Qarabağ məsələsində
Azərbaycanın xeyrinə addım atacaq və məhz buna görə də Sarkisyan Moskvaya
çağırılıb. İnsanların bu cür düşməsində Türk düşməni kimi tanıdığımız Rusiya
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin son günlər Türklərlə
bağlı müsbət danışmasının, Ermənistanı təhqir etməsinin qismən də olsa təsiri
var.

Görəsən, bu səfərlərin
ardından gerçəkdən də Dağlıq Qarabağ məsələsində Azərbaycanın xeyrinə hansısa
addım atılacaqmı? Sarkisyanın Moskvaya çağırılmasında səbəb və ya səbəblərdən
biri Dağlıq Qarabağ məsələsi ola bilərmi? Jirinovskinin ermənilərlə bağlı sərt
bəyanatlarnı Qarabağ məsələsində bir işartı kimi qiymətləndirmək olarmı?

sayt-ın
bu suallarına Kayseridəki Ərciyəs universitetinin professoru, ermənişünas alim
Qafar Çaxmaqlı aydınlıq gətirib.

Professor bildirib
ki, Sarksiyanın dağlıq Qarabağ məsələsinə görə Moskvaya çağrılması ehtimalı
daha çoxdur:

“Son günlər
bölgəmizdə görüşmələr, danışıqlar prosesində intensivliyin artması müşahidə
olunur. Erdoğan- Putin danışıqları, Ermənistanın daxilində gedən proseslər bu
ölkənin Qarabağ mədəsində tutduğu mövqeyin dəyişməsinə səbəb ola bilər. Rusiya
ittifaq axtarışındadır.  Buna görə Türkiyəni
də özünün xilas yolu hesab etdiyi Avrasiya ittifaqına dəvət etmək istəyir.
Türkiyə bu ittifaqa olumlu baxır. 15 iyuldan sonra yerini dəqiqləşdirməlidir. Əgər
bu ittifaqda Türkiyə olacaqsa, mütləq Azərbaycan  da olmalıdır. O zaman Ermənistan Qarabağ  məsələsində Rusiyanın  dediyini etməlidir”.

Q.Çaxmaqlı Jirinovskinin
Ermənistanın əleyhinə səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Jirinovskiyə
gəlincə, o kulislərdəki havanı iyləyir, ona görə də gəvəzələyir. Bu fikirləri
ona dedirdənlər var və bu dedikləri bizim xeyrimizədirsə, ondan istifadə etməliyik.
Amma Qarabağ problemi kimi ciddi məsələdə 
Jirinovskiyə “stavka” edilməməlidir. Dəfələrlə demişəm indi də deyirəm
ki, Qarabağ məsələsini biz o zaman həll edə bilərik ki, ermənilərdən və onların
havadarlarından üstün olduğumuzu dünya bilsin”.

Qeyd edək ki,
Jrinovski “Life.ru”ya müsahibəsi zamanı Ermənistanın tək xilas yolunun Rusiya
olduğunu və üzlərinə tüpürdükdə belə ayaqlara düşüb yalvaracaqlarını demişdi:
“Tüpürüm Ermənistana. Bizim orada bazamız var. Əgər onlar bizə tüpürsələr,
bazanı geri götürəcəyik. Bazanı qaytarmaq üçün ayaqlarımıza düşəcəklər. Bu baza
onların xilasıdır. Əks halda azərbaycanlılar və türklər 2 tərəfdən onları yer
üzündən siləcək. Odur ki, Ermənistan tərəfdən narahat olmağa dəyməz. Onlar bizdən
heç vaxt imtina etməyəcəklər. Çünki bu zaman onların tamamilə sonu olar. Azərbaycan
dərhal Dağlıq Qarabağı geri alacaq, Türkiyə isə kömək edəcək. Ermənistanı hələ
30 il öncə II Yekaterina xilas etmişdi”.

 

Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler