Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağ meselesi Putin-Kerri danışıqlarının gündeliyinden çıxarıldı

13 Temmuz 2016

12:16 pm


13/07/2016 [16:15]: xeber –
Rusiya prezidenti Vladimir Putin iyulun 14-də ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla işçi görüş keçirəcək.Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.“Artıq indi deyə bilərəm ki, iyulun 14-ü, günün ikinci yarısında prezident Putin dövlət katibi Kerrini və xarici işlər naziri Lavrovu qəbul edəcək. Müzakirə olunacaq mövzular kifayət qədər proqnozlaşdırılandır: bu həm Suriya, həm Ukrayna, həm də ikitərəfli münasibətlərlə bağlı məsələlərdir”, – deyə Kremlin rəsmi sözçüsü vurğulayıb.Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bir müddət əvvəl bildirmişdi ki, Putinlə Kerri arasındakı Moskva danışıqlarının əsas mövzularından biri də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq. Amma yuxarıdakı açıqlamadan da göründüyü kimi, Kremldə görüşdə Dağlıq Qarabağ üzrə müzakirə aparılacağını təsdiq etməyiblər.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler