Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağ ermenileri hele de sovet pasportu ile yaşayırlar

12 Ağustos 2016

5:16 pm


12/08/2016 [21:14]: xeber –
Bu yaxınlarda Volqoqrad yaxınlığındakı kiçik göllərdən birində boynuna 24 kq-lıq ağırlıq daşı asılmış meyit tapmışdılar. Polis cəsədin 41 yaşlı Ermənistan sakininə məxsus olduğu aşkarlanıb. Maraqlıdır ki, ölənin şəxsiyyətini üzərində tapılmış sovet pasportuna görə müəyyən ediblər.  sayt olay barədə erməni mediasına istinadla yazır. Qohum-əqrəbasıyla söhbətdən sonra  erməninin könüllü olaraq intihar etdiyi məlum olub. O, uzun illər işsizlikdən əziyyət çəkirmiş. Bunun əsas səbəbi sənədlərinin düz olmaması olub. Öncə deyildiyi kimi, erməni hələ də sovet pasportu ilə yaşadığından onu heç harda işə qəbul etmirmişlər.  Erməni mənbələri Rusiyada xüsusən Dağlıq Qarabağdan köçmüş ermənilər arasında sovet pasportu ilə yaşayanların çox olduğunu qeyd edirlər. Məsələn, 1995-ci ildə ağır güzəran ucbatından  Hadrutdakı evini tərk edib əri və 4 övladıyla birgə Volqoqrada gəlmiş Milora Markaryan belələrindəndir.  Onun əri gələn kimi Rusiya vətəndaşlığı ala bilib. Milora isə sonradan vətəndaşlıq ala bilməyib. Maraqlıdır ki, Rusiya hüquq-mühafizə orqanları keçmiş  Azərbaycan vətəndaşı olan  M.Markaryandan Ermənistan vətəndaşı olmaması barədə arayış tələb edirlər. 27 ildir ki, Ermənistan hökuməti ona bu arayışı vermir.  Erməni işğalından öncə Azərbaycan torpaqlarında firavan yaşamış Milora kimi minlərlə Dağlıq Qarabağ ermənisi  Rusiya və digər keçmiş sovet   respublikalarında  sənədsiz-filansız sərgərdan həyat sürürlər…Sultan Laçın   


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler