Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağ eliline 1000 manatlıq kartof “atdılar”…

03 Ekim 2016

7:52 pm


03/10/2016 [23:50]: xeber –
 sayt xəbər verir ki, Cəlilabad rayon Muğan kənd sakini ikinci qrup Qarabağ əlili Qürbətov Bəxtiyar Verxuda oğlundan kartof alan Bakının NZS qəsəbəsində yaşayan İmanov Həsən Əvəz oğlu Qarabağ əlilini aldadaraq min manat pulunu mənimsəyib. Belə ki, kartofu aparıb Bakıda sataraq pulunu gətirib verəcəyini deyən H.İmanov sonradan vədinə xilaf çıxaraq apardığı kartofun pulunu ödəməkdən imtina edib. Bir neçə dəfə rayondan Bakıya gələrək pulunu istəyən Qarabağ əlili pulunu geri ala bilmədiyindən hüquq – mühafizə orqanlarından kömək istəyib. O, artıq borcu olan şəxsdən dəfələrlə xahiş etməsinə baxmayaraq satdığı kartofun pulunu ala bilmədiyi bildirib. Qarabağ əlili ona köməklik göstərilməsi üçün Daxili İşlər Nazirliyinə müraicət edib.  Hər ay 168 manat təqaüd aldığını deyən Qarabağ əlili müharibə zamanı sol biləyini və sağ əlinin bir neçə barmağını itirib. Satdığı kartofu isə həyat yoldaşı və yaxınları becərib. Vasif Əlihüseyn 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler