Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağ döyüşçüsü özünü öldürmek heddine çatıb

15 Temmuz 2016

3:40 pm


15/07/2016 [19:38]: xeber –
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qarabağ döyüşçüsü,
kəşfiyyatçı-snayper Solmaz Alıyevanın acınacaqlı vəziyyəti ilə bağlı Əmək və
Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova məktub göndərib. Məktubda deyilir:

“Qarabağ döyüşçüsü, Qarabağ müharibəsi əlili Alıyeva Solmaz
Valeh qızının acınacaqlı vəziyyəti ilə bağlı Sizə müraciət edirik. Solmaz
Alıyeva 1968-ci ildə Tovuz rayonunda anadan olub, könüllü olaraq Qarabağ
müharibəsinə gedib, 1992-1994-cü illərdə Ağdam cəbhəsində baş çavuş rütbəsində
kəşfiyyatçı-snayper kimi döyüşüb. Həyat yoldaşı dünyasını dəyişib, özü 3 uşaqla
(kiçiyinin 14, böyüyünün 17 yaşı var) Abşeron rayonu Masazır qəsəbəsində köhnə
taxtalardan düzəldilmiş bir daxmada yaşayır. Onun həyatı, yaşayışı faciə
səviyyəsindədir. Yayın istisində, qışın soyuğunda zülm çəkirlər, onların
yaşayışı “BOMJ”-un həyatından, dilənçinin, səfilin günündən heç nə ilə
fərqlənmir. Bu cür acınacaqlı şəraitdə yaşamasına baxmayaraq, Azərbaycan
dövlətinə, dəyərlərinə sevgisini, vətənpərvərliyini qoruyub saxlayıb.
Daxmasının üstündə, içərisində Azərbaycan bayrağı asılıb. Lakin o, artıq son
həddə çatıb, bir neçə dəfə özünü və övladlarını öldürmək də istəyib, artıq bu
cür yaşamağın mümkün olmadığını deyir. Qarabağ döyüşçüsünün, bu cür fədakar
insanın bu vəziyyətdə yaşaması nə Allaha xoş gedər, nə də dövlətimizə yaraşar.
Xahiş edirik ki, Solmaz Alıyevanın yaşayış yeri ilə təmin olunmasına yardım
edəsiniz. Bu işdə yardımçı olsanız çox böyük savab qazanarsınız. Allah
köməyiniz olsun. Onun daxmasının şəkillərini də sizə göndərəririk”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler