Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağ boyda derdi olan ölkeye qarpız festivalı lazımdırmı?

22 Ağustos 2016

7:00 am


22/08/2016 [10:58]: xeber –
Son
illər rayonlarda nar, alma və s. meyvələrlə bağlı festivallar təşkil edilməkdədir.
Bu günlərdə Sabirabadda qarpız festivalı da keçirildi ki, bu festivalla bağlı
görüntülər əksər telekanallarda nümayiş edildi.

Maraqlıdır,
Qarabağ boyda problemi olan ölkənin nar, qarpız festivalı keçirməsi, bunu ictimaiyyətə
böyük mədəni hadisə kimi təqdim etməsi nə dərəcədə normaldır? Ümumiyyətlə, meyvələrlə
bağlı bu cür festivalların keçirilməsi, buna xeyli vəsaitin ayrılması necə izah
olunmalıdır? Bu, hansısa mədəni hadisə, milli adət-ənənə nümunəsidir, yoxsa heç
bir dərin ictimai-mənəvi əhəmiyyət kəsb etməyən lüzumsuz bir yenilik?

Məsələ
ilə bağlı sayt-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri
Eldəniz Quliyev bu kimi festivallarıns adəcə ictimaiyyətin diqqətini
yayındırmaq vasitəsi olduğunu bildirib:

“Bu,
camaatın fikirini mühüm məsələlərdən, mövcud sosial problemlərdən,
seçki-referendum saxtakarlıqlarından,eləcə də saysız-hesabsız insanları az qala
gər gün :”olum və ya ölüm?” sualına cavab vermək məcburiyyətindən
yayındırmaq məqsədi güdür. Belə festivallar süni və qurama olduğu üçün, düşünürəm
ki, mental keyfiyyətlər yükünü daşmayacaq və az sonra- indi ironiya ilə
qarşılandığı kimi- unudulub da gedəcək…

Azərbaycanın
Qarabağ ağrısı var. Azərbaycan sosial-iqtisadi və mənəvi-əxlaqi böhran
yaşayır… Belə vəziyyətdə, belə zaman kəsiyində nar, qarpız
və s. festivalların keçirilməsi, nəticədə bizi gülüş hədəfinə
çevirə bilər.

İctimai
rəyi az bir müddətə azdırmaq olar, amma onu uzun müddət aldatmaq olmaz!”

 

Seymur
Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler