Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qanuni oğru”lar beynelxalq terminologiyada…

18 Ağustos 2016

7:48 pm


18/08/2016 [23:47]: xeber –
Bir “qanuni oğru”nun bu gün gülələnməsilə bağlı face-də xeyli statuslar var. Əvvəla deyim ki, bu təsadüfi deyil. Çünki Azərbaycan kimi mütərəqqi bəşəri dəyərlərin deqradasiya olunduğu cəmiyyətlərdə sıradan bir “qanuni oğru” azdan-çoxdan hörmət edilən ziyalıdan daha çox nufuza malikdir. Onu da deyim ki, “Qanuni oğru” şəbəkəsi müxtəlif adlar altında bütün dünyada fəaliyyət göstərir. Onların fəaliyyətini hüquq elmlərindən biri olan Kriminoloqiya öyrənir. Əlbəttə, söhbət Azərbaycandakı kriminoloqiya elmindən deyil, qabaqcıl dünyayın kriminoloqiyasından gedir. “Qanuni oğru” ifadəsi Azərbaycan dilinə ruscadan “вор в законе” ifadəsinin hərfi tərcüməsiylə daxil olub. Bu təsadüfi deyil, Azərbaycan cinayətkar aləmdə hələ də keçmiş sovet məkanının tərkib hissəsidir və bu məkanda necə deyərlər, hələ də bir “konstitusiya” hakimdir. Əlbəttə ki, söhbət cinayətkar dünyanın yazılmamış əsas qanunundan gedir. Niderland dilində bu dünyaya “onderwereld” deyilir. Hərfi tərcüməsi “dünyanın altında” deməkdir. Bu dünyanın klassik nümunəsi İtalya ilə bağlıdır. Orada onlar “Mafiya” adlanır. Kriminoloqiyaya İtalyan mafiyasının  3 tipi məlumdur: – Cosa Nostra (Amerika);- Camorra (Italië, Sicilië); – Ndrageti (Italië, Napels). Çində onlara “triades” deyilir. Yaponyada bu dünya “Yakuza” adlanır. Şərqi-Avropada “mafiya” adı altında fəaliyyət göstərirlər (Bolqariya, Albaniya). Latın Amerikasında bu sahə narkotika bandasının əlindədir. Qərbi Avropada isə Hells Angelslər bu rolu çox vaxt üzərinə götürürlər.Ataxan Əbilov, Niderlandda yaşayan beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler