Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qanunda şehidin krediti silinmelidir deye bir şey yoxdur” – Aqil Abbas

13 Temmuz 2016

6:08 pm


13/07/2016 [22:07]: xeber –
“Bu il aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsinin “Bank of Baku”ya olan borcunu Müdafiə Nazirliyi ödəməlidir”.sayt  xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. Bildirib ki, Azərbaycan qanunvericiliyində şəhidlərin banklara olan borclarının ləğv olunması ilə bağlı hansısa qanun yoxdur: “Qanunda şəhidin krediti silinməlidir deyə bir şey yoxdur. Bank təbii ki, öz pulunu istəyir. Ailənin də krediti ödəməyə imkanı yoxdursa, bank onları güllələyəcək, yoxsa məhkəməyə verib sürgün etdirəcək? Neyləyə bilərlər axı o ailəyə? Şəhidimizin ailəsi qətiyyən narahat olmasın, qoy bank onları məhkəməyə versin”.Millət vəkili şəhidlərin banka olan borcunun dövlət tərəfindən ödənilməli olduğunu vurğulayıb: “Çünki onlar bu dövlətin yolunda şəhid olublar. Həmin şəhidin ailəsinin krediti ödəməyə imkanı yoxdur, buna görə də o borcu dövlət ödməlidir, vəssalam”.Qeyd edək ki, aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi “Bank of Baku” tərəfindən təzyiqlərə məruz qalıb. Sözügedən bank Baxışovlar ailəsinin ödəyə bilmədiyi təxminən 3000 manatlıq kredit borcunu artıq silib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler