Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qanun bilmeyen qadından rüsum adıyla 2200 dollar aldım” – Gömrük inspektoru

27 Ekim 2016

5:44 pm


27/10/2016 [21:42]: xeber –
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşlarının cinayət işi üzrə məhkmə prosesi davam etdirilib.Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.Ziyafət Qurbanov ifadə verərək Aman Muhammedin ondan 28 min dollar nağd, bir qisminin isə nisyə olmaqla qızıl aldığını deyib: “Adil müəllimə zəng edib qızılları qanuni olaraq keçirmək mümkün olub-olmadığını soruşdum, o da olduğunu dedi. Aeroportda Nemana rüsum üçün pul verdim. Dedim malı monitordan keçirsin, etmədi. Sonra da qızıllar tutuldu”.Adil Kazımov ifadə verərək bildirib ki, Z.Qurbanovanın qızıllarının ölkədən çıxarılması üçün N.Abbasova zəng edərək işi qanuni yolla həll etməsini xahiş edib.Neman Abbasov isə ifadəsində rüşvət aldığını etiraf edib: “Həmin qadın qanunları bilmədiyi üçün ondan 2200 dollar aldım, dedim ki, dövlət rüsumudur. Aytəkin Tağıyevadan yükü keçirməsini xahiş etdim”.DGK əməkdaşlarının hər biri istintaqa verdiyi ifadəni təkzib edib, rəhbərliyin tapşırığı ilə o cür ifadə verdiklərini iddia ediblər: “Razılaşmamıza görə, biz onların dediyi kimi ifadə verəcəkdik, əvəzində isə sadəcə bizi işdən çıxaracaqdılar”.Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.Qeyd edək ki, həbsdə olanlar DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektoru Neman Abbasov və Türkmənistan vətəndaşı Baylyyev Amandır.Zamində olanlardan – Adil Kazımov, Aytəkin Tağıyeva və Muxtar Qasımov DGK əməkdaşlarıdır, Ziyafət Qurbanov isə “Moskva” univermağında qızıl satışı ilə məşğuldur.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler