Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qanpulunu ödemeyen sığorta şirketi…

06 Ağustos 2016

11:28 am


06/08/2016 [15:24]: xeber –

Azərbaycanın
bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul
ayı üzrə analiz işini yekunlaşdırıb.

sayt Media
Təqib Mərkəzinin sığorta şirkətləri ilə bağlı iyul
ayı üzrə məlumatlarını təqdim edir.

2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni
sayt və portallarda sığorta
ilə əlaqəli 3241 xəbər yerləşdirilib – 1081 xəbərdə söhbət konkret şirkətdən gedib.
Bunlardan 864-ü neytral, 217-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Alfa
İnsurance, Rəvan Sığorta , Başak-İnam Sığorta, Azərqarant Sığorta, Bakı Sığorta
şirkətləri – (40 xəbər – 5 sığorta şirkətinin bağlanması iddiaları), Dövlət
Sığorta Kommersiya Şirkəti (16 xəbər – şəhid ailələrinə qanunda nəzərdə tutulan
sığorta ödənişini – qanpulunu verməkdən imtina edir) və  ATA Sığorta şirkətinə (1 xəbər – sığorta
şirkətindən şikayət) məxsusdur. İyul ayında bu sektorla əlaqəli elektron
mətbuatda müsbət xəbər yerləşdirilməyib.

 Xəbər
sayına görə sıralama: 

Rəvan
Sığorta                                                159 xəbər
Alfa
İnsurance (Sığorta)                                102 xəbər
İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi    88
xəbər
Bakı
Sığorta                                                  73 xəbər
Atəşgah
Sığorta                                             65 xəbər
Paşa
Sığorta                                                   63
xəbər
Paşa
Həyat Sığorta                                        62
xəbər
Başak-İnam
Sığorta Şirkəti                           62
xəbər
Azərqarant
Sığorta                                        61
xəbər
Dövlət
Sığorta Kommersiya Şirkəti              53
xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla
əlaqəli 227 xəbər dərc edilib – 89
xəbərdə konkret şirkətin adı qeyd olunub. Bu xəbərlərdən 21-i mənfi, 68-i isə
neytral xəbərlərdir. Mənfi xəbərlər Alfa İnsurance, Rəvan Sığorta , Başak-İnam
Sığorta, Azərqarant Sığorta, Bakı Sığorta şirkətləri – (4 xəbər – 5 sığorta
şirkətinin bağlanması iddiaları) və Dövlət Sığorta Kommersiya Şirkətinə (1
xəbər – şəhid ailələrinə qanunda nəzərdə tutulan sığorta ödənişini – qanpulunu
verməkdən imtina edir) məxsusdur. İyul ayında bu sektorla əlaqəli yazılı
mətbuatda müsbət xəbər dərc edilməyib.

Xəbər
sayına görə sıralama:           

Bakı
Sığorta                                                   10 xəbər
Alfa
İnsurance                                              9 xəbər
İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi    8
xəbər
Beynəlxalq
Sığorta Şirkəti                             7 xəbər
Başak-İnam
Sığorta Şirkəti                            7 xəbər
Atəşgah
Sığorta                                             5
xəbər
ATA
Sığorta                                                  5
xəbər
Rəvan
Sığorta                                                4
xəbər
Azərqarant
Sığorta                                        4
xəbər
AXA
MBASK Sığorta                                 4
xəbər

 İyul ayında televiziya kanallarında sığorta şirkətlərinə məxsus 3 xəbər göstərilib.Xəbər
sayına görə sıralama: 

İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi    2
xəbər
Alfa
İnsurance (Sığorta)                                1
xəbər 

 

Radio kanallarında iyul ayında bu sektorla əlaqəli xəbər
verilməyib. Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler