Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qalatasaray”dan Gülen iddiaları ile bağlı – Açıqlama

11 Ağustos 2016

5:48 am


11/08/2016 [09:46]: xeber –
“Qalatasaray” klubu rəsmi saytından Fətullah Gülən iddialarına cavab verib. Klub idman yazarı Haqqı Yalçının “Qalatasaray” Fətullah adlı şeytanın yuvası olub, Fətullah şəbəkəsinin gücündən yararlanıb” sözlərindən sonra açıqlama yayıb. Sözügedən açıqlamada deyilir: “Yaşadığımız böyük çətinliyin – demokratiyamızı məhv etmək istəyən FETÖ-PDY-nin təşkil etdiyi hərbi çevrilişə cəhdin qarşısını almaq üçün millət olaraq mübarizə apardıq. Hər kəs bilsin ki, “Qalatasaray” ailəsi Türkiyədə demokratiyanı dəstəkləyir və klubumuz azad düşüncəli köklərə malikdir. Gələcəyini ağılla, elmlə quran ölkənin ən böyük mülki təşkilatıdır. Həmişə demokratiyanın və xalqın suverenliyinin yanında olan, heç vaxt batmayan bir elm, irfan günəşidir. Tarix günəşi palçıqla örtməyə çalışan acizlərin məğlubiyyətləri ilə doludur. Bu, belə də davam edəcək”. Qeyd edək ki, tanınmış idman yazarı Haqqı Yalçın son yazısında “Qalatasaray” ilə Fətullah Gülən arasında bağlılığın olduğunu yazıb. Onun bu fikirləri “Cim-bom” azarkeşlərinin hiddətinə səbəb olub.(Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler